Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Hərbi gəmilər Bakı buxtasında niyə görünmədi?

 

Azərbaycan müstəqil olandan bəri ilk dəfə 26 iyun –Silahlı Qüvvələr Günü ölkənin hərbi gəmiləri Bakı buxtasında düzülməyib. 


"Xeberinfo.com": Məlumata görə, Müdafiə Nazirliyi Bakıda müxtəlif sahələr üzrə iri təmir işləri aparan şirkətə hərbi gəmiləri boyamaq sifarişini edib. Sifariş alan şirkət hərbi gəmilərin “matovıy” (mat rəngli) boya ilə rəngləmək istəyib. Belə ki, şirkət əməkdaşları 2013-cü ilədək hərbi gəmilərin yalnız “matovıy” boya ilə rəngləndiyini bilirmiş. Məsələ burasındadır ki, müvafiq hərbi kitabda və xarici ölkələrin praktikasinda da hərbi gəmilər məhz mat rəngli boya ilə işlənir.

İş başlamazdan əvvəl şirkət rəhbərliyi bu məsələni müdafiə naziri Zakir Həsənova çatdırıb.

Məlumatda iddia olunur ki, Z.Həsənov Azərbaycan hərbi gəmilərinin dünya və yerli praktika ilə rənglənməsinə razı olmayıb. İddiaya görə, nazir deyib ki, qaydalara baxmayaraq hərbi gəmilər parlaq boya ilə işlənsin ki, “daha yaxşı və gözəl” görünsün.

Beləliklə, iyunun ayının 15-də şirkət 3 gəmini hazır edəndən sonra baxışa Z.Həsənov gəlib.

Donanmadakı gəmilər Sovet İttifaqından qaldığından, gəminin bortunda əyri-üyrülük dərhal hiss olunub.

Zakir Həsənov baxışda olarkən gəmilərin rəngini bəyənməyib. Nazirin bundan sonra Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığına “Gəmiləri 26 iyun bayramı günü buxtaya düzməyin” əmrini verib. 

Nazirliyin sonradan, gəmiləri təzədən “matovıy” boya ilə rəngləməyi sifariş etdiyi də bildirilir.

Lakin əvvəldə qeyd olunduğu kimi, 26 iyun –Silahlı Qüvvələr Günü Azərbaycanın hərbi gəmiləri Bakı buxtasında olmadı.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam