Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Təxribat qüvvələri hücuma cəhd edir”

 

   "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Silahlı Qüvvələrimizin hansı vəziyyətdə olmasından asılıdır. Bunun üçün gənc zabitlər kimi Silahlı Qüvvələr sıralarına daxil olmaqla yeni nəfəs və döyüş ruhu gətirməlisiniz. Düşmən hər an hiss etməlidir ki, siz hər zaman onlardan üstünsünüz". 
"Xeberinfo.com" Trend-ə istinadən xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı təhsil müəssisələrinin 2014-cü il buraxılışına həsr olunmuş təntənəli mərasimdə bildirib.
   Z.Həsənov deyib ki, bu gün bir tarixi həqiqət kimi etiraf edilməlidir ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması ordu quruculuğu və hərbi təhsil müəssisələrinin yenidən başlanğıcı olub. Nazir bildirib ki, Heydər Əliyev Azərbaycanda müasir hərbi təhsil sisteminin banisidir və Azərbaycan Ali Hərbi Məktəbinə onun adının verilməsi təsadüfi deyil.
    Onun sözlərinə görə, hazırda Azərbaycan hərbi qulluqçularının sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Buna görə nazir Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Z.Həsənov Prezident İlham Əliyevin sözlərini bir daha xatırladaraq qeyd edib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməz: "Atəşkəs rejimi haqqında sənədin imzalanmasına baxmayaraq, hər gün cəbhədə atəş səsləri eşidilir. Ermənistan Respublikasının kəşfiyyat-təxribat qüvvələri mövqelərimizə hücuma cəhd edirlər. Lakin onlar Azərbaycan Ordusu tərəfindən layiqli cavablarını alır və böyük itki verərək geri çəkilirlər".
Müdafiə naziri qeyd edib ki, düşmən növbəti uğurlarının eyforiyası ilə yaşamamalı, bugünkü reallıqla, bölgədəki güc, qüvvə balansı ilə hesablaşmalıdır. Nazir bildirib ki, biz düşmən tərəfindən zəbt olunmuş torlaqları azad etməliyik və mütləq azad edəcəyik.
  Z.Həsənov bu gün övladlarının leytenant rütbəsi alması münasibətilə valideynləri təbrik edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam