Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Düşmən artıq hiss edir ki, Azərbaycan ordusu ondan üstündür”

kerem

Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunlarının buraxılış mərasimi keçirilib

Xeberinfo.com:    APA-nın məlumatına görə, tədbirdə çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev bildirib ki, aprel ayında cəbhədə baş verən hadisələr Azərbaycan ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi:

“Silahlı Qüvvələrimizin aprel ayında əks-hücum əməliyyatı nəticəsində uzun illər işğal altında olan vacib əhəmiyyətə malik yüksəkliklər azad edildi. Bu döyüşlərdə zabit və əsgərlərimizin göstərdiyi rəşadət xalqımızın yaddaşında əks olundu. Düşmən artıq hiss edir ki, Azərbaycan ordusu hər zaman ondan üstündür, vətənə, xalqa, dövlətə sədaqəti hədsizdir. Silahlı Qüvvələrin rəhbərliyi əmindir ki, bugünkü zabitlər şəhidlərimizin qisasını alacaq, torpaqlarımızın müdafiəsində qəhrəmanlıq göstərəcəklər. Torpaqlarımızın azad edilməsində vətən sizdən şücaət gözləyir”.

Sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunlarına diplomlar və müdafiə naziri Zakir Həsənovun adından qiymətli hədiyyələr təqdim edilib. Məktəbi fərqlənmə diplomu ilə bitirən məzunlar üzərində aypara və ulduz təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.

Daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbin döyüş bayrağının təhvil və qəbulu olub, Məktəbin marşı ifa edilib. Məzunların təntənəli keçidindən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbin rəisi Füzuli Salahov çıxış edib. F. Salahov gənc zabitlərə xidmətlərində və həyatlarında uğurlar arzulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam