Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Deputatın saytı bağlandı, maaşlar verilmədi –BÖHRAN

SocialMediaCrisis

2017-ci il Azərbaycanda “müstəqil” hökumətyönlü KİV-lərin iflası ilə başladı.

Xeberinfo.com:   Neft pulları dövründə böyümüş bu saytlar və qəzetlər indi elliklə bağlanır: neft və manat ucuzlaşıb, xəzinə zəifləyib – böhran…

Təkcə ötən həftə ərzində üç belə sayt – ATV, Novosti-Azerbaydjan və ANN bağlanıb. Kollektivlər işsiz qalıb, ANN əməkdaşlarına isə ümumiyyətlə sonuncu əmək haqqını kəsilmiş şəkildə veriblər.

“ATV saytının taleyi yanvarın əvvəllərindən qeyri-müəyyən idi. Əvvəlcə bizə dedilər ki, sayt yenidən qurulacaq, bu, bir neçə gün vaxt aparacaq. Biz işə gəlirdik, amma aydın idi ki, məsələ saytın yenidən qurulmasında deyil, maliyyənin olmamasındadır. ANN saytı bağlanıb, işçilərin əmək haqqı isə tam verilməyib”, bu barədə Azadlıq Radiosuna saytın adını çəkmə istəmiyən əməkdaşı bildirib.
020700182467“ANN.az-da işimizə nəhayət verildiyini bizə yanvarın sonlarında bildiriblər və deyiblər ki, fevralın əvvəllərində bütün ay üçün maaş verəcəklər. Amma bu gün elan ediblər ki, pul yoxdur, ona görə əmək haqqının yalnız 50%-ni ödəyə biləcəklər. Biz əmək müqaviləsi olmadan işləyirdik. Pulun ödənilməməsinin səbəbi kimi sponsor vəsaitinin olmamasını göstəriblər. Bizim redaksiyamız üçmərtəbəli villada, deputat Asim Mollazadənin Demokratik İslahatlar Partiyasının ofisində yerləşirdi. İndi partiya villadan ikiotaqlı ofisə köçür. Belə çıxır ki, partiya bu villada bizim redaksiyamız hesabına otururdu? Bizi təzminat ödəmədən və son əmək haqqının yarısı ilə sadəcə olaraq küçəyə atıblar. Saytın bağlanması haqqında məlumatı gizlədirlər. İndi saytda bir nəfər işləyir və bütün xəbərləri o yerləşdirir”, deyə ofis əməkdaşları gileylənir.

Azadlıq Radiosunun məlumatına görə, hər ay hakimiyyət qurumundan ANN saytının saxlanmasına 12 min manat daxil olurdu.

Asim-Mollazade_1403702040“Bu, yalan məlumatdır, əmək haqqı tam verilib”, deyə deputat Asim Mollazadə jurnalistlərə bildirib. “Mənim bu saytla heç bir əlaqəm yoxdur. Saytın rəhbərliyi var, onunla əlaqə saxlayın”, deyə deputat əlavə edib. Deputatın saytın işi ilə əlaqəsi olmadığı haqqında sözləri, ən yaxşı halda, qəribə səslənir, belə ki, ANN.az saytının domeni Mollazadənin müavini İlkin Həsənovun adına qeydiyyatdan keçirilib”, deyə sözügedən informasiya resursunun əməkdaşı Azadlıq Radiosuna bildirib.

Novosti-Azerbaydjan xəbər portalının bağlanmasını fevralın 1-dən etibarən yenilənməyən son nəşrlərdən görmək olar. Təəssüf ki, biz saytın fəaliyyətinin dayandırılmasının səbəblərini onun rəhbərliyindən soruşa bilmədik – redaksiyanın telefonu da, baş redaktorun telefonu da cavab verməyib.

“Hökumətyönlü saytların bağlanmasının bir neçə səbəbi var. Birincisi, məndə olan məlumata görə, bütün hökumətyönlü mətbuatın büdcəsi azaldılıb və indi onlardan ən az məşhur olanların, ən az nüfuzu olan saytların bağlanması prosesi gedir”, deyə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Azadlıq Radiosuna bildirib. “İkincisi, hakimiyyətin çox maraqlı üsulu var. Onlar saytlar yaratdı, müstəqil QHT-lərdən jurnalistləri, blogerləri oraya cəlb etdi, bir müddət sonra isə onları bayıra atdı. Bu taktika belədir – normal jurnalistləri sıradan çıxarmaq, sonra da atmaq. Onlar hakimiyyətə lazım deyil. Amma istənilən halda, KİV-in səmərəliliyi böyük rol oynayır. KİV səmərəlidirsə, hakimiyyət onu saxlamağa davam edə bilər. Buna görə indi ən zəif kütləvi informasiya vasitələri zərbə altında qaldı, amma hökumətyönlü medianın bağlanması prosesi davam edəcək. Düşünürəm ki, hakimiyyətin strategiyası mümkün qədər çox internet-KİV yaratmaq, informasiya məkanını ələ keçirmək və istehlakçıya şərtləri diktə etmək idi. Amma internetin sərhədi yoxdur və bu gün alternativ KİV o qədər çox olmasa da, məhz onlar ən səmərəli KİV-lərdir. Oxuculara alternativ faktlar lazımdır. Onlar hökumətin nəzarəti altında olmayan məlumatların olduğu saytlara can atır. Hakimiyyət bunu başa düşməyə başlayır. Onlar informasiya məkanını ələ keçirmək məqsədinə nail olmadı və buna görə onlara lazım olmayan saytlardan qurtulacaqlar”, deyə M.Əliyev qeyd edib.

“Turan”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam