Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabiq nazirin sonu: “Bank Standart”ın ardınca “Çudo Peçka” da bağlanır

“Bank Standart”ın ardınca “Çudo Peçka” da bağlanır

 

Bir zamanlar Bakının məşhur restoranlar şəbəkəsi olan “Çudo Peçka” MMC artıq fəaliyyıtinə xitam verə bilər. Şirkətin bağlanmasına hazırlıq getdiyi barədə yeni məlumat əldə etmişik. 

Xeberinfo.com:  Politika.Az-a verilən xəbərə görə, şirkət rəhbərliyi çökməkdədir və böhrana görə müflis olmaq üzrədir. Bu da yüzlərlə adamın işsiz qalması demək olacaq. Artıq Bakıdakı mağazalarından birinin işçilərinin polisə şikayəti barədə xəbərlərə də rəsmi münasibət bildirilib.


Açıqlamada maaşla bağlı problemlərin olduğu təsdiqlənib:“Çudo Peçka” MMC olaraq bildiririk ki, həqiqət də bəzi işçilərimizlə maaşla əlaqədar müəyyən problemlər yaranıb. Amma söhbət Cəfər Xəndan küçəsində yerləşən mağazayla bağlı deyil. 

Söhbət ondan gedir ki, illərdir fəaliyyət göstərdiyimiz “Sahil” metrostansiyası yaxınlığındakı mağazamız müəyyən səbəblər üzündən tərəfimizdən bağlanıb. Həmin mağazada isə “Çudo Peçka”nın 26 işçisi çalışırdı. 

Həmin işçilər dünən mərkəzi ofisimizdə olaraq gecikdirilən əmək haqlarının verilməsini tələb ediblər. Onlarla söhbətdən sonra şirkətimiz əmək haqlarının bir hissəsinin verilməsini, qalan hissəsini isə tədricən ödənilməsi barədə öhdəlik vəd edib. 

“Çudo Peçka” şirkəti də böhran yaşayır və elə bu böhran səbəbindən də onların çalışdığı mağaza bağlanıb. Faktla bağlı mağazanın sahibi Çingiz Çəlilovun oğlu Anar Cəlilov polis idarəsinə çağırılıb, ondan izahat alınıb. 

A.Cəlilov işçilərin maaşlarının yaxın günlərdə veriləcəyini bildirib. Anar Cəlilov məşhur müğənni Röya Ayxanın keçmiş həyat yoldaşıdır.

Politika.Az-a verilən xəbərə görə, uzun zamandır şirkət böhran dövrünü yaşayırdı. 2000-ci ilin əvvəllərindən Bakıda fəaliyyətə başlayan “Çudo-Peçka” mağazalar şəbəkəsi iş adamı Çingiz Cəlilovun götürdüyü kreditin qaytarılmaması səbəbindən girov kimi itirilib. 

Bir müddət “Bank Standart”ın girovluğunda qalan restoranları keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev bankının nəzarətinə keçirib. Müğənni Röyanın keçmiş qayınatası olan Çingiz Cəlilovun biznesinin çökdürülməsi “Çudo-Peçka” mağazalar şəbəkəsinin onun əlindən alınması ilə başlayıb. 

H.Babayevin Çi.Cəlilovdan təkcə “Çudo Peçka” şəbəkəsinə daxil olan mağazaları deyil, həmçinin "5 qazan" restoranlarını da kredit borcu müqabilində öz nəzarətinə keçirməsi barədə hələ illər öncə mediada xəbərlər vardı. Ancaq sabiq nazirin bankı da bağlanıb, təzədən əlindən çıxan restoranları da bağlanır. 

Qeyd edək ki, Heydər Babayevin nazir olduğu vaxtlarda “Bank Standart” onun böyük biznes imperiyasına daxil idi. Sabiq iqtisadi inkişaf naziri mərhum prezident Heydər Əliyevin vaxtında yüksək dövlət vəzifəsinə gətirilən məmurlardan biri idi. 

1997-ci ildən Rusiyadakı “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyən Heydər Babayev 1999-cu ildə Heydər Əliyev tərəfindən Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdu. Və o, 2005-ci ilin oktyabrınadək bu vəzifədə çalışdı. Vəzifədə olduğu müddətdə qeyri-rəsmi şəkildə həm də bizneslə məşğul olan Heydər Babayev “ABU” şirkətlər qrupunu yaratmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam