Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vasif Talıbov 11 gömrükçü və polis rəisini işdən qovdu

 

     "Xeberinfo.com": Əldə etdiyimiz məlumata görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Sədərək gömrük-keçid məntəqəsinin rəis əvəzi Arzu Rəhimov (Türkiyədə 17 dekabr rüşvət əməliyyatı zamanı həbs olunan Məhəmməd Seyidovu əvəz edir) və məntəqənin digər 10 nəfər əməkdaşını, həmçinin Şərur Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi, polis polkovniki Elxan Həsənovu otağına çağıraraq, onları şəxsən özü işdən qovub.
 
    Məlumata görə, səbəb Şərur rayonunun Sovxozkənd adlanan ərazisində baş verən bir hadisədir. Belə ki, Azərbaycan vətəndaşı olan bir xanım türkiyəli gənclə ailə həyatı qurub və onların övladları olub. Türkiyəli gənc vaxtsız vəfat edəndən sonra uşaqların ata nənəsi nəvələrinə sahib durmaq istəsə də, Azərbaycan qanunları ananın haqqını tanıyıb. Ancaq hüquq-mühafizə orqanlarının gözündən yayınan nənə nəvələrini Türkiyəyə gizli yolla keçirməyə müvəffəq olub. 
 

Hadisə barədə Naxçıvan Ali Məclisinin sədrinə Türkiyə MİT-dən məlumat ötürüldüyü qeyd olunur. Ötürülən məlumat isə V.Talıbovun bu işdə sözügedən əməkdaşlardan şübhələnməsinə səbəb olub və nəticədə onlar işdən qovulub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam