Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

“Azəriqaz”da kütləvi ixtisar

 

        "Artıq Bakı şəhəri və Abşeron rayonu üzrə ştatları ləğv olunan 136 nəzarətçidən 100 nəfəri işdən azad ediib"

"Xeberinfo.com": Məlumata görə, bunu Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyinin sözçüsü Araz Ağyev deyib.
O həmçinin bildirib ki, 100 nəfərdən 82 nəfəri orta əmək haqqının 5 misli barədə razılaşmaya imza ataraq işdən ayrılıb: “18 nəfəri verilən vaxta qədər həmin kompensasiya üçün razılaşmaya qol çəkmədiklərinə görə orta aylıq əmək haqının 1 mislini alaraq işdən ayrılıb. Yerdə qalan 36 nəfərdən 11 nəfəri işlə təmin olunub, 13 nəfəri xəstədir, 6 nəfəri isə analıq məzuniyyətindədir”.
"Azəriqaz” rəsmisi bildirib ki, həyata keçirilən proses zamanı Əmək Məcəlləsinin 78 və 79-cu maddələrinin tələblərinə tam riayət olunub: "Şəhid, müharibə əlilli ailələrə, işdə saxlanması üstünlüyü olan şəxslərə birinci növbədə iş təklif olunub. Sadəcə, işdən azad olunan insanların bir hissəsi təklif olunan işlə razılaşmayaraq, verilən kompensasiyanı alıb, işdən ayrılıblar”.

 

     Qeyd edək ki, "Azəriqaz” İB-də struktur dəyişikliyi ilə bağlı 136-a yaxın qadın işçi ixtisara düşüb. Onlara mayın 31-nə qədər razılıq yolu ilə işdən ayrılacaqları təqdirdə orta əmək haqqının 5 misli qədər kompensasiya təklif olunmuşdu. Verilən vaxta qədər ərizələrini imzalamayanlar bu kompensasiyadan məhrum edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam