Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Azəriqaz"da qanunsuz ixtisarlar başlayıb!

 

 

İxtisara düşənlər qadınlardır, rəhbərliyi ittiham edən qadınblar dövlət başçısından kömək istəyir

 

  "Xeberinfo.com": “Azəriqaz” İstehsalat Birliyinin bir qrup işçisi qanunsuz ixtisarlarla bağlı mətbuat konfransı keçiriblər. Mayın 27-də, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətində keçirilən tədbirdə ixtisar olunan işçilər baş verənlərə etiraz edərək “Azəriqaz” rəhbərliyini suçlayıblar. 
 Onlar bildiriblər ki, ixtisar olunanlar əsasən qadınlardır və onlara heç bir güzəşt tətbiq olunmur. Üstəlik, orta təhsilli kişilər işlərində qaldıqları halda, ali təhsilli qadınlar işdən çıxarılır. Onlara iki ay əvvəldən ixtisar olunacaqları barədə bildiriş verilsə də, burada işlə təmin ediləcəkləri göstərilib. Ancaq sonradan buna əməl edilməyib və işçilərə öz ərizələrinə əsasən işdən çıxmaq təklif edilir: “Bu, əslində təklif deyil, onlar bizi məcbur edirlər”.
İşdən çıxarılan qadınlar dövlət başçısından tutmuş, bir çox instansiyalara müraciət etdiklərini və cavab gözlədiklərini bildiriblər: "Dövlət başçısından kömək gözləyirik". Həmçinin qeyd ediblər ki, faktla bağlı məhkəməyə də müraciət ediləcək. 
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə məsələni diqqətdə saxlayacalqarını və məhkəməyə müraciət edən qadınların hüquqlarının müdafiə ediləcəyini vurğulayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam