Redaktor seçimi
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
Günün xəbəri

“BMW-X6” avtoşluq edib atəş açan sürücünün adını niyə gizli saxlanılır?

 

 

   "Xeberinfo.com": Paytaxtın Nərimanov rayonunda mayın 30-da axşam saatlarında kütləvi dava baş verib. Lent.az-ın məlumatına görə, rayonun “Çermet” qəsəbəsi ərazisində, 93 saylı orta məktəbin qarşısında baş vermiş davaya səbəb “BMW X6” markalı avtomobilin sürücüsünün yolda avtoxuliqanlıq etməsi olub. Buna etiraz edən qəsəbə sakinləriylə avtomobildəki sərnişinlər arasında əlbəyaxa dava düşüb. “X6”-dakıların əraziyə kömək üçün xeyli adam çağırmasından sonra vəziyyət daha da qəlizləşib. Qəsəbə sakinləri ilə 30-40 nəfərlik “gəlmələr” arasında gərginlik zamanı naməlum şəxs odlu silahdan havaya bir neçə dəfə atəş də açıb. Bundan sonra hadisə yerinə xeyli sayda polis əməkdaşı cəlb olunub, ərazi nəzarətə götürülüb.

Nərimanov Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, bir neçə nəfər saxlanılıb və faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.

Virtualaz.org-un qiyməti 130 min manat olan “BMW-X6” markalı avtomobilin kimə məxsus olmasını, dövlət nömrə nişanını öyrənmək cəhdləri baş tutmayıb.

Belə ki, bu sualla müraciət etdiyimiz Bakı Şəhər Dövlət Yol Polisindən sualı eşidən kimi qəribə reaksiya gördük. İdarədən bununla bağlı heç bir açıqlama vermək istəmədiklərini deyərək dəstəyi əsəbi şəkildə asdılar. Nə maşının nömrəsini vermədilər, nə də onun sahibinin kim olmasına aydınlıq gətirmədilər.

Görünür, sözügedən avtomobilin sahibi yenə hansısa yüksək rütbəli məmurun balası, ya da “çox hörmətli” oliqarxın övladıdır. Əks təqdirdə yol polisinin bu qəzəbli reaksiyanı heç cür başa düşmək mümkün deyil.

Sözügedən ünvana baş çəkdik. Sakinlər bildirdilər ki, bu ilk hadisə deyil. Bundan öncə də ərazidə “avtoşluq” edənlər olub.

“Yenə bahalı maşın burada sürətlə hərəkət edirdi. Burada belə şeylər bir neçə dəfə təkrarlanıb. Ancaq dünənki lap dəhşət idi. Maşının səsi adamın qulaqlarını batırırdı. Sakinlər etiraz etdi. Sürücü buna məhəl qoymadı. Mübahisələr düşdü. Az keçməmiş həmin şəxs dostlarına zəng etdi. Aləm bir-birinə qarışdı. Polsilər də gəldi bura, ancaq heç nə alınmadı. Çox dəhşətli bir şey idi. Mübahisə bir az da böyüsəydi adam kimsə öləcəkdi”, - deyə adını çəkilməsini istəməyən qəsəbə sakini qeyd edir.

Hüquq-mühafizə orqanlarındakı qaynağımız bildirdi ki, bu barədə rəsmi məlumat veriləcək.

 

Nərimaov rayon polis idarəsinin rəisi Muradəli Babayev isə dedi ki, məsələylə bağlı mətbuat xidmətiylə əlaqə saxlayın. Mətbuat xidmətiylə əlaqə saxlamaq cəhdlərimiz isə baş tutmadı. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam