Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hacı İbrahim Nehrəmlidən pulunu ala bilməyən iş adamı ağzını tikdi

 

355 min manata iki mənzil alan Elşad Məmmədovun mülklərini “Avesta” konserninin prezidenti geri qaytarmır

 

"xeberinfo.com": Qazax rayon sakini, iş adamı Elşad Məmmədov ağzını tikib. Onun belə bir addım atmasının səbəbi 355 min manata “Avesta” konserninin prezidenti Hacı İbrahimin şirkətindən iki ev alıb. Hər bir sənədi qaydasında olmasına baxmayaraq mənzillər ona verilmir. Bütün məhkəmə instansiyalarına müraciət edən E.Məmmədov son ümid yeri kimi Ali Məhkəmənin plenumunu gözləyirdi. Ancaq mayın 16-da baş tutmuş iclasda Ali Məhkəmənin plenumunda Elşad Məmmədovun işinə baxılmayıb, məsələ növbəti plenum iclasına saxlanıb. İş adamının sözlərinə görə, məhkəmə Korrupsiya idarəsində araşdırma aparıldığını bəhanə gətirərək belə qərar qəbul edib. Elşad Məmmədov bildirir ki, Korrupsiya idarəsindən heç bir araşdırılma aparılmadığı barədə onda dəqiq məlumat var. Sahibkar ölkə başçısıyla görüş tələb edir.

Bu ilin yanvarın 31-də Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin qəbulunda olan iş adamına tezliklə onun problemi həll ediləcəyinə söz verilmişdi. Bu vədin üstündən 5 aya qədər zaman ötsə də ortalıqda heç yoxdur.

Elşad Məmmədov etiraz aksiyasına başlamzdan öncə bizə məktub da yollayıb.

İş adamının yazdığına görə, Hacı İbrahim dəfələrlə onu şantaj və təhdid edib.

 

“Həm məhkəməylə məni şantaj edir, gah deyir ki, “Bandotel”də olmuşam və hər şeyi inkar etmişəm, gah da söyləyir ki, Gürcüstana qaçmışam. Bir daha təkrar edirəm, bütün bu deyilənlər yalandır. Mən iki il öncə “Həsən-96” MTK-dan 51 və 52 saylı mənzilləri 355 min manata almışam. “Həsən-96” MTK-nın rəhbəri Emil Tağıyev Hacı İbrahimin bacanağıdır. Halal qazancıma aldığım mənzili mənə verməkdən imtina etdilər. Sonra Hacı İbrahim mətbuata açıqlama verib dedi ki, mənimlə iş birliyi görməli idi, bundan imtina etdiyim üçün evi vermədi. Bunlar böhtandır. Mənim onunla heç bir iş birliyim olmayıb, sadəcə gedib ev almışam. Əlimdə qəbz, maliyyə arayışı var. Məhkəmədə də bunu sübut etdim, ancaq heç bir faydası olmadı. Gürcüstana qaçmağımla bağlı da deyilənlər yalandı. Gürcüstana bir-iki günlük səfərim ola bilər, ancaq qaçmaq deyilən bir şey yoxdur. “Bandotdel”ə də aparılmamışam. Bunları deməklə mənə iftira atıb”, - deyə Elşad Məmmədov məktubunda qeyd edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam