Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Daha bir intihar xəbərdarlığı

 

 

       İş adamı Hacı İbrahim Nehrəmlidən pulunu ala bilməzsə özünü yandıracağını deyir

 

 "Xeberinfo.com": Baş prokuror Zakir Qaralovun ikinci dəfə qəbulunda olan iş adamı, “Avesta” konserninə məxsus “Həsən-96” MTK-dan 2012-ci ildə 2 mənzilin pulunu ödəyən, ancaq buna sahiblənə bilməyən Elşad Məmmədovun problemi çözülmür. Bu yaxınlarda Prezident Administrasiyası önündə üç azyaşlı övladıyla aksiya keçirən iş adamı polis zorakılıqıyla üzləşmişdi. Onu Səbayel Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları onu 4 saat bölmədə saxladılar. Ondan bu barədə nə izahat alıblar, nə də qeydiyyata salıblar. Sadəcə “Allah köməyin olsun” deyərək bölməıdən sərbəst buraxıblar. Bir gün sonra isə baş prokurorun müavini Rüstəm Usubovun qəbulunda olub. Yaxın günlərdə isə Baş prokuror Zakir Qaralov Qazaxda vətəndaşları qəbul edən Elşad Məmmədov onunla görüşə bilib. Bütün bu olanlar isə onun nə mənzillərinin qaytarılmasına, nə də ödədiyi 355 min manatı geri alınmasıyla yekunlaşıb. Hər yerdən əli üzülən Elşad Məmmədov növbəti dəfə ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya müraciət edib.

“Çünki “Avesta” konsreninin prezidenti Hacı İbrahim Nehrəmli ilə nə Baş prokuror Zakir Qaralov, nə də Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi, general Kamran Əliyev bacarır. Halbuki Kamran Əliyev əlimdəki sənədləri görüb məni haqlı sayıb. Zakir Qaralovun tapşırığıyla Ali Məhkəmənin Pleniumuna tapşırıb ki, araşdırma düzgün aparılsın. Ancaq Ali Məhkəmənin sədri Ramiz Rzayev Hacı İbrahimlə dost olduğu üçün mənim əlimdə olan bütün sənədlərə, maliyyə arayışına, mənzillər üçün ödədiyim pulların qəbzlərinə diqqət yetirmədən məhkəmə baxışından çıxartdı. Hətta mənim işimi Ali Məhkəmənin sədri protokolu dəyişib. Dəfələrlə ölkədəki bütün aidiyyəti qurumlara müraciət etmişəm. Ancaq heç bir nəticəsi yoxdur. Aclıq aksiyası keçirmişəm, ağzımı tikmişəm, intihara cəhd etmişəm, hər dəfə yalandan vəd veriblər, vəssalam. Üstündən az müddət keçəndən sonra bəlli olub ki, heç kim Hacı İbrahimlə üz-üzə gəlməkdən çəkinir. Hacı İbrahim məni əlində olan media vasitəsilə şərləyir, mühafizəçisi açıq nömrədən dəfələrlə ölümlə təhdid edib. Bu artıq sondur. Yaxın günlərdə mənim məsələm həll olunmazsa Prezident Administrasiyasının qarşısına tək gələcəm və özümü yandıracam. Çünki artıq yaşamaq olmur. Nə vaxta qədər üç körpə uşaqla kirayələrdə qalım? Hacı İbrahim “Xəzər Adaları”nın reklamı üçün dünyanın 125 gözəlinə Bakıya dəvət edib. Təbii ki, onların bura gəlməsi üçün milyonlar xərcləyəcək? Onlara ödəyəcəyi pulun 10 faizi mənə atdığı vəsaitdi. Olmazmı heç kimi olmayan mən yetim oğlanın pulunu versin? Əgər hacıdırsa belə etməliydi. Hacı olan şəxs başqasının haqqını yeməz, şəhidlərimiz ölən gün adasında çılpaq qızlarla açılış etməz. Şəhidlərimizin qırxı çıxmamış dünya gözəllərini Bakıya gətirib onlara konsert təşkil etməz”.

 

 

   Elşad Məmmədov bir daha ölkə başçısı və Mehriban Əliyevadan probleminin həll edilməsini xahiş edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam