Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Generalın atasının yerinə yeni təyinat

President_281211_24

Dövlət Dəniz Administrasiyasına yeni mətbuat katibi təyin olunub.

Xeberinfo.com:  Modern.az-ın məlumatına görə, bu vəzifəyə keçmiş telejurnalist Tural Museyibov təyinat alıb. T.Museyibov bildirib ki, yeni işində media nümayəndələri ilə sıx əlaqədə işləməyə davam edəcək.

Qeyd edək ki, Tural Museyibov bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xitmətində və Muğan Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb. Daha əvvəllər isə uzun müddət “Space” televiziyasında xəbər aparıcısı kimi fəaliyyət göstərib. Müseyibovun FHN-dən uzaqlaşdırılması maraqlı hadisədir.

Qeyd edək ki, Dövlət Dəniz Administrasiyasının mətbuat katibi vəzifəsini Ərsalan Əliyevtuturdu. “AzPolitika”nın məlumatına görə, Ə.Əliyev Milli Təhlükəsizlik nazirinin keçmiş müavini, general-mayor Elçin Əliyevin atasıdır. Ə.Əliyevin Dövlət Dəniz Administrasiyasının mətbuat katibi vəzifəsindən niyə və nə zaman uzaqlaşdırıldığı məlum deyil. İstisna deyil ki, Ə.Əliyev yaş məhdudiyyətinə görə təqaüdə göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam