Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Lerikdə uşağın qulağının kəsilməsi ilə bağlı yeni xəbər var: “2015-ci il sentyabrın 19-da yıxılaraq xəsarət alıb”


 

Lerik rayon Polis Şöbəsində araşdırma aparılır...

 

Xeberinfo.com: Lerik rayonunda Uşqa Bağçasında qız uşağının tərbiyəçi tərfindən qulağının kəsilməsi ilə bağlı yayılan xəbər rezonans doğurdu. Dosye.az saytının yaydığı məlumatda bildirilirdi ki,  bağçada nadanlığı ilə seçilən Xədicə gözlənilmədən müəllimin qəzəbinə tuş gəlib. Məlumat verən mənbə vurğulayır ki, Xədicənin qulağı müəlliməsi tərəfindən kəsilib. Vəziyyətin gərginliyini görən “cəllad” müəllimə uşağı dərhal xəstəxanaya çatdırıb. İlkin muayinədən sonra uşaq evə buraxılıb”.

Məlumatda daha sonra əlavə olunur ki, “xəstəxanada uşağın valideyini Əzizov Kamal Nayib oğlu hədələnib. Ona bildirilib ki, bu məsələ ilə bağlı heç bir yerə şikayət edilməməlidir. Çünki, “cəllad” müəllimə Rövşən Bağırovun köməkçisinin baçısıdır. Bir şərtlə ki, onun adı hallanmamalıdır”. 

Məlumatla bağlı Lerik rayon polis şöbəsinin rəisi polkovnik-leytenant Şahin Ağayev xeberinfo.com-a danışıdı: “yanlış məlumatdır, həmən uşağın-Xədicə Əzizovanın-yıxılaraq qulağından xəsarət alması ilə bağlı 2015-ci ildə sentyabrın 19-da Rayon Mərkəzi Xəstəxanasından Polis Şöbəsinə məlumat daxil olub. Fakt araşdırılıb və valideyini izahatında göstərib ki, uşaq yatarkən kravatdan yıxılıb, xəsarət alıb.

Bu xəbərin indi kimlərin və hansı məqsədlə başqa formada yayılması ilə bağlı tərəfimizdən araşdırma aparılır”.

 

İnformasiya şöbəsi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam