Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Uşaq tərbiyəçi tərəfindən amansızcasına döyülüb? -Bakıda (VİDEO)

Xeberinfo.com:  Paytaxt sakini Vüqar Qocayev 5 yaşlı oğlu Umudun ötən gün bağçada Qala adlı müəllimə-tərbiyəçi tərəfindən döyüldüyünü iddia edir. Onun sözlərinə görə, dünən övladını bağçaya yola salanda sifətində heç bir iz olmayıb. Amma axşam övladının arxasınca gedəndə aşkar edib ki, uşağın dodağında zərbənin təsirindən yaranan yara var. Uşaq deyib ki, onu müəlliməsi vurub.

Qarşı tərəf isə iddiaları inkar edir.

Hadisənin Binəqədi rayonu 193 saylı körpələr evində baş verdiyi bildirilir.

Valideyn dünən mobil telefon vasitəsilə Umudun bağça yoldaşlarından məlumatı dəqiqləşdirib. Onlar Umudun həqiqətən də tərbiyəçi tərəfindən zorakılığa məruz qaldığını bildiriblər.

Məsələ ilə bağlı sözügedən bağçaya getdik. Bağça rəhbərliyinin məzuniyyətdə olduğu deyildi. Qısa da olsa, 5 yaşlı Umudu döydüyü iddia edilən Qala adlı müəllimə ilə də söhbətləşə bildik. Umud kameramız önündə bir daha müəlliməsi tərəfindən vurulduğunu desə də, qadın bütün deyilənlərin yalan olduğunu bildirdi.

Müəllimə-tərbiyəçi iddia edir ki, uşaq sinifdə ya özü yıxılıb, ya da evdən gələndə bu vəziyyətdə olub.

Vüqar Qocayev məsələ ilə bağlı Binəqədi rayon 5-ci polis bölməsinə müraciət edib. Sözügedən məsələyə hüquqi qiymət araşdırmalardan sonra veriləcək.(xezerxeber.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam