Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Binəqədinin əbədi və əzəli problemi: “göl” yollar (VİDEO)

 

Ötən həftə yağan güclü yağışdan sonra Bakının Binəqədi rayonunun yolları hələ də nəhəng gölü xatırladır.

Xeberinfo.com:  Virtualaz.org xəbər verir ki, hər gün Binəqədi şosesi ilə işə gələn sakinlər yolda yaranan göllər səbəbindən tıxacda qalırlar.

Bir neçə gün öncə şosenin Poladtökmə zavodunun yaxınlığından keçən hissəsində suyun səviyyəsi artdığına və avtomobillərin mühərrikində ciddi problemlər yarandığına görə, yolda hərəkət məhdudlaşdırılmışdı. Sakinlər avtobuslardan enib yolu piyada getməyə məcbur qalmışdılar. Artıq Binəqədi şosesində vəziyyət əvvəlki kimi gərgin olmasa da, yoldan suyun çəkilməsi istiqamətində hələ də heç bir iş görülməyib.

Qeyd edək ki, Binəqədi şosesinin yağış yağan kimi gölə çevrilməsinin səbəbi kanalizasiya və yağış kollektorunun olmamasıdır. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi şosesinin "Baksol yolu" ilə kəsişmədən 4-cü qapı küçəsinədək olan hissəsində 2 ədəd nasosxana olsa da, kanalizasiya və yağış kollektorunun olmaması səbəbindən həmin sistemdən axan su nasoslar vasitəsilə yaxınlıqdakı gölə vurulur. Gölə həmçinin neft şirkətinə məxsus 2 açıq kanal da axıdıldığından, güclü yağışlar nəticəsində ətrafdan və kanallardan gələn su gölün səviyyəsini qaldırır. Nəticədə, oradan daşan suyun yola yığılmasına səbəb olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam