Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Bakını suda boğan kimdir - Abutalıbov, yoxsa...

 

 

Ekspert: “Səbəb dövlət tərəfindən ayrılan vəsaitlərin aidiyyəti üzrə xərclənməməsidir”

 

Yenixeber.org: Son günlər yağan aramsız yağışlar paytaxt Bakıda çətin anlar yaşatdı. Şəhərin prospektlərində dərin gölməçələr yarandı və avtomobillərin, piyadaların hərəkəti çətinləşdi. Hətta Qara Qarayev prospektində yeni təmirdən çıxan küçə də çökdü. Masazır qəsəbəsinin ərazisində yaranan gölməçə nəticəsində onlarla avtomobil tavanına qədər suyun altında qaldı. Hər zaman olduğu kimi, bu dəfə də “Təmiz Binəqədi” palçığın, suyun içərisində çirkaba b

 

üründü. Eləcə də digər Bakı kəndlərində də həyətləri hər il olduğu kimi su basdı, insanlar çətin anlar yaşadılar.

Bütün bunların fonunda isə sosial şəbəkədə insanlar statuslar yazıb, hər zaman olduğu kimi bu dəfə də Bakının icra başçısı Hacıbala Abutalıbovu axtardılar. “Abutalıbov haradadır” sualları yenə gündəmə gəldi. Hər kəsdən çox qınanılan Abutalıbov isə yenə də ortaya çıxmadı.

Hər kəs Abutalıbovu qınasa da əslində ekspertlər bildirirlər ki, Bakının su içərisində batmasının səbəbkarı təkcə o deyil. Burada başqa məqamlar və səbəblər də var. Ekspertlər ilk olaraq bildirirlər ki, son günlər Bakıya normadan artıq yağıntı düşüb. Çətin vəziyyətin yaranmasının da başlıca səbəbləri sırasında bu dayanır. Rəsmi məlumatlarda isə bildirilir ki, son günlər ən çox yağıntılar Lənkəran-Astara bölgəsinə düşüb. Lənkəran-Astara bölgəsinə intensiv yağışlar yağsa da, orada olan vəziyyət aylıq norma ilə müqayisədə aşağıdır. Çünki həmin ərazi oktyabr-noyabr aylarında ən çox yağıntı düşən ərazilərdəndir və burada intensiv yağışların yağması payız mövsümi üçün xarakterikdir.

Ekoloq Telman Zeynalov “Yeni Müsavat”a bildirib ki, Bakıda 11 inzibati rayon var və hər rayonun icra başçısı da öz ərazisinə görə məsuliyyət daşıyır:

 

“Ona görə də burada günahkar axtaran zaman tək Abutalıbovun adını hayqırmaq lazım deyil. İnsanlar ilk olaraq öz rayonlarının icra başçılarından, bələdiyyələrindən hesab sormalıdırlar. Abutalıbov ancaq Bakı şəhərinə baxır. Kəndlərə nəzarəti isə o etmir. Belə məqamların səbəbi ümumi nəzarətin olmamasıdır. Sərəncamlar verilir, ancaq bunlar kağız üzərində qalır. Hər il rayonlara minlərlə manat vəsaitlər ayrılır. Ancaq bütün bunlar aidiyyəti üzrə xərclənmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məcburiyyəti nəticəsində kanalizasiya problemi getdikcə həll olunur. İcra başçıları hesabat verməlidirlər ki, hər il ayrılan pullarla nə iş görürlər. Bütün bunları isə edən yoxdur. Ona görə də yağış yağanda bütün ayıbları üzdə qalır. Bu vəziyyətin yaranmasında kanalizasiya problemi də əsasdır. Bakının kanalizasiya problemi isə 3-4 ilə həll olunası məsələ deyil. Binaların altından kanalizasiya xətlərini sökmək, yolları dağıdaraq yeni sistem qurmaq asan məsələ deyil. Kanalizasiyanı yolun ortasından yox, şəhərin kənarından aparmaq lazımdır. Bu iş də ”Azərsu" Açıq Səhmdar Cəmiyyətinə həvalə olunub. Magistral yolun altından kanalizasiya xətti aparmırlar. Aparmaq da olmaz. Sadəcə olaraq, magistral yolun altında yağış sularını kənarlaşdırmaq üçün müvafiq yer tikilir. Bunun vasitəsilə sular küçədən axıdılır. Ancaq əksər yerlərdə bu tikintilər düzgün aparılmır. Nəticədə isə çökmələr baş verir. Bakının indiki vəziyyətə düşməsinin əsas və sadə səbəbləri söylədiklərimdir".

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam