Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanda qurbağa biznesini quran şəxs kimdir? - FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycan xaricə qurbağa əti satmağa başalayıb. Ölkəmizdə ilk dəfə olaraq bu biznes quran sahibkar “Azərifrog” MMC adı ilə 2015-ci ildən qeydiyyata düşən şirkətin rəhbəri Rauf Hüseynzadədir.

 

Xeberinfo.com:  Uzun müddətdir Fransada yaşayan R.Hüseynzadə AzVision.az-a açıqlamasında niyə məhz qurbağa biznesinə başlamasının səbəbini izah edib: “Azərbaycan Dövlət Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-red) bitirmişəm. Daha sonra Fransanın Nantes şəhərində eyni adlı universitetin MBA üzrə magistraturasında təhsil almışam. 8 ildən çoxdur ki, Fransada yaşayıram. Orada günlərin bir günü restoranda yemək yeyəndə qurbağa əti mənə maraqlı gəldi. Öyrəndim ki, Fransada qurbağa əti zənginlərin süfrəsində yer alır. Bundan sonra bu sistemi Azərbaycanda qurmaq qərarına gəldim”.

Rauf Hüseynzadə qurbağa ferması yaratmaq üçün Braziliyadan Azərbaycana xüsusi növ yumurtalar gətirdiyini deyib: “Brazilyadan xüsusi qurbağa növləri gətirmişəm. Bu işə başlamazdan öncə kurslara getdim, qurbağa haqqında çoxlu məlumatlar əldə etdim. Bu ideyanı Azərbaycanda həyata keçirmək üçün şirkət açdım. Hazırda dünyanın 3 ölkəsinə Fransa, İspaniya və Çinə qurbağa əti ixrac edirəm. Qurbağanın dərisindən kosmetik vasitələrdə istifadə edilir. Əti isə delekates kimi yeyilir”. 

Şirkət rəhbəri qeyd edib ki, yaxın günlərdə Fransa və İspaniyaya 10 ton qurbağa əti göndəriləcək. Onun sözlərinə görə, xüsusi növ qurbağa ətinə təlabat çoxdur.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam