Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Göyçayda kəndlilərə divan tutulur

     "xeberinfo.com": İki gündür Göyçayda kənd təsərrüfatı mallarının satışı ilə məşğul olan ticarətçiləri, həmçinin öz yetişdirdiyi məhsulu bazara gətirib satmaq istəyən şəxslərə divan tutulur. Belə ki, rayon mərkəzindəki kənd təsərrüfatı malları satılan bazar qapadılır, orada çalışan ticarətçiləri, həmçinin kəndliləri yetişdirdikləri malları Göyçayın Cəyirli kəndi ərazisində açılan ticarət mərkəzinə yönəltmək istəyirlər. Camaat isə buna etiraz edir, çünki həmin yer mərkəzdən çox uzaqdır və faktiki olaraq alver üçün uyğun deyil. 
  Mayın 13-də Göyçayın mərkəzindəki bazarda çalışanların verdiyi məlumata görə, bazarın qapadılması prosesinin davam etdiyini bildiriblər: “Səhər saatlarında kəndlilər yetişdirdikləri malları bazara satmağa gətirərkən icra strukturlarının işçiləri polislərin köməyi ilə onların qarşısını kəsib bazara buraxmadılar. Yüzlərlə rayon sakini hazırda çıxılmaz durumdadır. Kənd adamlarının yeganə dolanışığı qış aylarından başlayaraq istixana yetişdirdikləri, həmçinin nübar meyvə-tərəvəzi satmaqdan çıxır. İndi kəndlilərə və kənd təsərrüfatı malları satan adamlara bu imkanı vermirlər. Səhər bazara öz maşını ilə mal gətirən bir kəndliyə hücum çəkdilər, onun maşınını sıxışdırıb xəndəyə saldılar, maşında olan tərəvəz yerlə bir oldu. Bəs bu yazıq camaat necə dolansın?”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam