Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq başçının kadrı istefa verdi

Göyçayın sabiq başçısının kadrı İH-dən istefa verdi

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin vəzifədən azad olunmasının ardınca, onun kadrları da işdən ayrılır 

Xeberinfo.com:   Daxil olan məlumata görə, Göyçayın sabiq başçısına yaxınlığı ilə tanınan, uzun müddət onun mətbuat müşaviri olan Arif Yusifov icra hakimiyyətindəki postundan istefa verib. 

A.Yusifov faktı təsdiqləyib. Bildirib ki, vəzifəsindən öz ərizəsi ilə çıxıb və hazırda işsizdir.

Xatırladaq ki, iyunun 10-da prezident İlham Əliyevin sərəncamı ilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı M.Ağayev kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin olunub.

Onu da bildirək ki, Mübariz Ağayev Göyçaya başçı təyin edilməmişdən əvvəl 2012-2015-ci illərdə Quba rayon İcra Hakimiyyətinə rəhbərlik edib. Quba rayonunda çalışdığı vaxtda da mətbuat üzrə müşaviri Arif Yusifov olub. Göyçaya təyinat aldıqdan sonra isə A.Yusifovu da özü ilə buraya gətirib.

Əldə etdiyimiz məlumata görə, M.Ağayev A.Yusifovu özü ilə Kənd Təsərrüfatı Nazirliyinə gətirmək fikrindədir. Məhz bu səbəbdən Arif Yusifov Göyçay rayon İcra Hakimiyyətindəki vəzifəsindən ayrılıb.(aznews.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam