Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Neftçalanın icra başçısı kolxoz bazarına polis yeritdi

 

Bu gün saat 11:30 radələrində Neftçalanın mərkəzindəki bazarlara polis hücumu olub.

Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) başçısı İsmayıl Vəliyevin əmri ilə bazarlara gələn polislər bazarda ticarət məşğul şəxsləri zorla başçının xeyli kənarda tikdirdiyi bazara aparmaq istəyiblər.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə, 20 yanvar əlili olan Məhəmməd Fərziyevin qardaşı Zakir Fərziyev məlumat verib.

Zakir Fərziyev

Z.Fərziyevin dediklərindən: “Başçı mərkəzdən kənarda iri bir bazar tikdirib. Bizim bazarlar isə mərkəzdə yerləşir. Bir-birinin yanında 3 bazardır. 20 ildir ki, sahəsi 1 hektar olan bazarımız qanuni şəkildə fəaliyyət göstərir. Orada ət, balıq, göy-göyərti, meyvə-tərəvəz - hər şey satılır. Alvercilər üçün həm yerhaqqı ucuzdur, həm də yer rahatdır, müştəri boldur. Bir müddət əvvəl başçı polis gücünə alverçilərin bir hissəsini bizim bazarlardan çıxarıb öz bazarına yönəltdi. Bununla belə bizim müştəri sarıdan kasadlığımız olmadı deyə dinmədik. Ancaq artıq neçə gündür ki, icra hakimiyyətinin başçısının müavinləri, polislər, baytarlıq idarəsinin işçiləri, bələdiyyə üzvləri bazarın ətrafında fırlanırlar ki, alverçilərə necə təzyiq göstərsinlər.

Nəhayət, bu gün polis bazara girdi, alverçilərə təzyiq göstərdi ki, bazardan çıxsınlar. Ancaq balıqsatan, şorsatan qadınlar ayağa qalxdı, səslərini qaldırdılar, bazardan çıxmayacaqlarını bildirdilər. Qarşıdurmanın dərinləşəcəyini görən başçının adamları polislərə bazardan çıxmaq göstərişi verdilər”.

Bazarkomun qardaşının sözlərinə görə, bu bazarda yer haqqı ucuzdur: “Bizdə belədir ki, tutaq ki, balıqsatanlar məhsullarını sata bilməyiblərsə, onlardan yerhaqqı almırıq. Əgər alverləri yaxşı gedibsə, gününə 50-60 qəpik yerhaqqı alırıq. Göy-göyərti satanların gününə isə 20 qəpik yerhaqqı alırıq. Başçının bazarında yerhaqqı baha olduğundan alverçilər bizim bazara üstünlük verirlər”.

İsmayıl Vəliyev

Z.Fərziyev deyir, bu yaxınlarda icra başçısı İ.Vəliyev onların sahibi olduqları bazarın əttrafındakı mağazaları sökdürüb: “İki mağazanın sahibinə necə hədə-qorxu gəldisə, adamlar mağazalarının sökülməsinə məcburiyyətdən “öz xoşları ilə” razılaşmalı oldular. Başçı bir saatın içində fəhlə, traktor göndərdi, söküb qoydular yerə... İndi də bizim bazarlara göz dikib”.

Bazarkomun qardaşı hazırda sakitlik olduğunu, ancaq bazarın ətrafında hələ də RİH-in, bələdiyyənin və polislərin gəzişdiyini bildirdi. Onun sözlərinə görə, indi də başçı baytarlıq idarəsinə göstəriş verib ki, alverçiləri guya yararsız ət, balıq məhsulları satdıqlarına görə cərimələsin.

virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam