Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı yazılanlar təkzib olunur

 

 

(saytımızda Nazirliklə bağlı əsassız məlumatların yer almasına görə nazir Hüseyn Bağırovdan üzr istəyirik)

Xeberinfo.com Diqqətli oxucularımıza da məlum olduğu kimi, bir müddət əvvəl xeberinfo.com-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin nazir cənab H.Bağırov haqqında yazılar dərc olunmuşdur.

Xatırladaq ki, bu yazılarda ilkin araşdırma aparmadan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif strukturlarının, Nazirliyin bəzi məsul şəxslərinin adları hallandırılmışdır. Bundan sonra qarşı tərəf olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi üç iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Nəhayət, məhkəmə 01 sentyabr 2016-cı il tarixində iddianı qismən təmin edərək qət etmişdir:

“İddia qismən təmin edilsin. Xəbərinfo.com internet portalında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında verilmiş 03.05.2016-cı il tarixli yazıda işgüzar nüfuzu ləkələyən məlumatın təkzib edilməsi və xəbərinfo.com internet portalında gedən informasiyanı verən mənbənin – şəxsin adının verilməsi vəzifəsi cavabdeh Salmanov İlqar Mirzəcan oğlunun üzərinə qoyulsun. Vurulmuş mənəvi ziyanın əvəzi kimi 10000 (on min) manat məbləğində pul vəsaiti Salmanov İlqar Mirzəcan oğlundan tutularaq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabına keçirilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat və dövlət rüsumu kimi 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdeh Salmanov İlqar Mirzəcan oğlundan tutulub dövlət nəfinə keçirilsin”.

Sonradan apardığımız araşdırmalar zamanı verdiyimiz xəbərlərdəki iddiaların təsdiqini tapmadığı və  qərəzli xarakterli olduğu məlum olmuşdur. Belə ki, mənbənin saytımıza verdiyi fakt və məlumatlar qeyri-dəqiq olmuş, yazıda adları hallanan səlahiyyət sahibləri fəaliyyətlərində hansısa vəzifədən sui-istifadəyə yol verməmiş, əksinə, onlar birmənalı şəkildə dövlətin tanıdığı etimadı doğrultmuşlar. Əməkdaşımız yazını hazırlayarkən lazımi dəqiqləşdirmələr aparmadığı, tələskənliyə və yanlışlığa yol verdiyi üçün sərt formada  cəzalandırılmışdır.

 Biz məhkəmənin qərarına hörmət əlaməti olaraq, eləcə də, bu məlumatların yanlış olduğunu, reallığı əks etdirmədiyini və heç bir əsası olmadığını nəzərə alıb, verilmiş bütün yazılardakı ittihamları təkzib edir və dəqiqləşdirilməmiş, araşdırılmamış məlumatların saytımızda yer almasına görə Nazir Hüseyn Bağırovdan üzr istəyirik.

 

Xeberinfo.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam