Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistanda xalq Üsyançılara dəstək verir

 

1AZ

Bütün Ermənistanda Serj Sarkisyan rejimi ilə razılaşmayan yüzlərlə insan həbs edilib, yaxud oğurlanıb.

Xeberinfo.com:    Belə ki, bir sıra hüquq müdafiə təşkilatları, o cümlədən “Helsinki assosiasiyası” və “Maariflənmiş vətəndaş” qaynar xətt açıblar. Bu xəttin köməyi ilə vətəndaşlar oğurlanmış yüzlərlə müxalifət fəalı barədə məlumat ala bilərlər.

Yerevanda müxalifətçi fəallar Karo, Elmon və Simon Yexnukyanlar tutulub. Xalq Azadlıq meydanına axışır və burada artıq “Ayağa qalx, Ermənistan” təşkilatının üzvləri çıxış edərək Sarkisyanın istefasını tələb ediblər. Həbs olunmuş müxalifətçilərin sayı 10 nəfəri keçib.
Eyni zamanda, polis idarəsini zəbt etmiş silahlı qrupun üzvlərindən biri Pavlik Manukyan jurnalistlərlə əlaqə saxlayaraq bildirib ki, onların yemək problemi var.
“Biz artıq bir sutkadır ki, heç nə yeməmişik, lakin buna baxmayaraq, özümüzü yaxşı hiss edirik. Sona kimi gedəcəyik – ya qələbə, ya ölüm”, – o deyib.

 

Qeyd edək ki, Yerevanda zəbt edilmiş polis idarəsinin ərazisinə Ermənistan DTX-nin başçısı Georgi Kutoyan və polis rəisi Vova Qasparyan gəliblər.Bir müddət sonra DTX başçısı hadisə yerini tərk edib. Ərazi mühasirəyə alınıb və oraya jurnalistlər buraxılmır.
Eyni zamanda, qonşu Xorenatsi küçəsində polis üç gənci saxlayıb. Onlar əllərində “Başqa çıxış yoxdur” yazılmış plakat tutublarmış.
Silahlı dəstənin üzvlərindən biri Varujan Avetisyan jurnalistlərin Ermənistan DTX-nin onları terrorçu adlandırması ilə bağlı sualına cavab verib.
“DTX cinayətkar rejimə xidmət edən əsas təşkilatlardan biridir. Təbii ki, DTX üçün biz terrorçuyuq. Ümumilikdə, tiranlığa qarşı çıxan, onun üçün təhlükə törədən və onu devirməyə çalışan hər kəs bu cür adlandırılır. Amma xalq tirana qalib gələndən sonra bizim qarşımıza Çauşesku, Yanukoviç və Qəzzafi çıxır… Bunu DTX və ya “Baqramyan, 26” (prezident aparatı) üçün sərfəli bir şey kimi nəzərdən keçirmək lazım deyil. Bu səthi və səhv yanaşmadır”, - o deyib.

Yerevanda polis bölməsini ələ keçirmiş silahlı dəstənin üzvlərindən biri Varujan Avetisyan bildirib ki, o, həbs olunmuş liderləri Jirayr Səfilyanla əlaqə saxlaya bilib. Bu barədə erməni mənbələri məlumat veriblər.

Onun sözlərinə görə, Səfilyan vəziyyətin normallaşdırılması üçün üçüncü variantı təklif edib və hazırda bu hakimiyyət nümayəndələri ilə müzakirə edilir.

Qeyd edək ki, silahlı qrupun üzvləri təslim olmayacaqlarını bildiriblər və hücum olacağı təqdirdə sona qədər mübarizə aparacaqlar. Qeyd olunub ki, üsyançılar hakimiyyətin dəyişdirilməsi və Jirayr Səfilyanın azad edilməsi tələblərindən geri çəkilməyiblər. Öz hərəkətlərində onlar ictimai dəstəyə arxalandıqlarını bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam