Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yerevanda hərbi çevrilişə cəhd - Silahlılara qarşı xüsusi əməliyyat gözlənilir

Silahlı qrupun liderlərindən biri Pavel Manukyan silahdaşları ilə yenidən əlaqə yaradıb.

Xeberinfo.com:  O bildirib ki, əsas tələblərindən biri liderləri Jirayr Sefilyanın onlara verilməsidir.

Sefilyanın lider olduğu “Yeni Ermənistan hərəkatının üzvləri Karo Yexnkyan və Syuzan Simonyan isə insanları küçələrə çıxmağa çağırıblar.

Elə bu arada polislər Azadlıq meydanında jurnalist Artur Ayrapetyanı tutaraq döyüblər.

RİA Novosti isə bildirir ki, güc strukturları bu dəqiqələrdə girovların azad edilməsi üçün xüsusi əməliyyata hazırlaşırlar.

*   *   *16:27

Yerevanın Erebuni rayonunda silahlılar tərəfindən ələ keçirilən polis binasına yaxınlaşan vətəndaşlar həbs olunurlar.

Erməni KİV-i xəbər verir ki, həbslər həmçinin Yerevanın digər rayonlarında, Gümri, Kirovakan və digər şəhərlərdə də aparılır. Bir sıra siyasi fəallar və müxalif qüvvələrin tərəfdarları tutulub.

Gümridə “Asparez” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Levon Barseqyan, Kirovakanda isə “Yeni Ermənistan” təşkilatının üzvü Asmik Evoyan atası ilə birgə saxlanılıb.

Hakim partiyanın deputatı Levon Martirosyan bildirib ki, ölkə prezidenti Serj Sarkisyan terrorçulara güzəştə getməyəcək və istefa verməyəcək.

"Silahlı şəxslər Yerevanda Ermənistan polisinin yeddi əməkdaşını girovluqda saxlayır".

"Report" xəbər verir ki, bunu erməni parlamentinin müxalifətdən olan deputatı, qiyamçıların ələ keçirdiyi post-patrul xidmətinə baş çəkmiş Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eqiazaryan da var. Qiyamçılar daha bir polisi səhhətində problemin olması səbəbilə girovluqdan buraxıblar.

"Silahlı dəstə Jirayr Sefilyanın azadlığa buraxılmasını, Ermənistan prezidenti Serj Sarkisyanın istefaya getməsini və hakimiyyəti xalqa təhvil verlməsini tələb edir", - deyə deputat qeyd edib.

Deputat vurğulayıb ki, qiyamçılar onlara qarşı hər hansı hücum əməliyyatına cavab olaraq sonadək mübarizə aparmağa kökləniblər.

*   *   *13:57

Ermənistan xüsusi təyinatlılarının Yerevanda Daxili Qoşunların və polisin binasının zəbt olunmasından sonra keçirdikləri əməliyyat nəticəsində girovlardan ikisi azad olunub.

Virtualaz.org bildirir ki, bu barədə “İnterfaks” Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

“Bir polis əməkdaşı həlak olub, ikisi yaralanıb. Girovlardan ikisi azad olunub”, - deyə Xidmətdən bildirilib.

Yeri gəlmişkən, “Yeni Ermənistan” hərəkatının lideri Jirayr Sefilyanın azadlığını tələb edən müxalifətçilərdən biri sosial şəbəkədə ələ keçirilmiş polis binasında çəkilən video yerləşdirib.

Həmin videoda da silahlı adamlar Ermənistan prezidenti Serj Sarkisyanın istefasını tələb edirlər.

*   *   *12:12

Ermənistan Milli Təhlükəsizlik Xidməti polis post-patrul xidmətinin alayına hücum edildiyini təsdiq edib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Xidmətin yaydığı bəyanatda deyilir: “Yerevanda iyulun 17-si səhər saatlarında polis post-patrul xidmətinin alayına hücum təşkil edilib. Alayın ərazisində olanlar girov götürülüb”.

Bildirilir ki, hazırda silahlı şəxslərlə təslim olmaları üçün danışıqlar aparılır: “İstənilən qanunazidd hərəkətlərin qarşısı alınacaq, günahkarlar məsuliyyətə cəlb olunacaq.”

*   *   *11:40

Bir qrup silahlı şəxs Yerevan şəhərində yerləşən Daxili Qoşunların və polis binasını ələ keçirib.

Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, onlar müxalif “Yeni Ermənistan” ictimai təşkilatının rəhbəri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

Daxili Qoşunların və polis binasını ələ keçirilməsi zamanı bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib ki, yaxın vaxtlarda polisi rəsmi bəyanatla çıxış edəcək.

Hazırda polis Erebuni rayonuna gedən bütün yolları bağlayıb.

Binanın azad edilməsi məqsədilə hadisə yerinə əlavə qoşun göndərilib.

“Təsis parlamenti” təşkilatının sədr müavini Varujan Avetisyan “silahlı üsyanın başlanması”nı elan edib. Silahlılar Serj Sarkisyanın istefasını tələb edirlər.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam