Yerevanda küçə döyüşləri başladı - CANLI YAYIM
Yerevanda etiraz aksiyası iştirakçıları ilə polis arasında toqquşmalar başlayıb.
Xeberinfo.com: Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, polis mitinq iştirakçılarına qarşı səs və tüstü qumbaralarından istifadə edir. Küçələrdə atışma səsləri eşidilir, hazırda suvuran maçınların və xüsusi vasitələrin köməyi ilə mitinq dağöıdılmaqdadır.
Asfalt üzərində qan izləri var, ola bilsin ki, nümayişçilərin dağıdılması məqsədilə polis odlu silahdan istifadə edib.
* * *20:46
Yerevanda hələ də üsyançıların əlində olan polis binasını əhatrəyə almış hüquq-mühafizə orqanları əməkdaşlarına erməni müxalifətinin bir qrup gənc fəalı yaxınlaşıb.
Virtualaz.org-un xüsusi müxbiri bildirir ki, müxalifətin fəallarından biri Ani Navasardyan polislərə müraciətində üsyançılara ittiham irəli sürülməsini dayandırmağı tələb edib.
«Onları terrorçu adlandırmağı dayandırın! Bu insanlar işğal oilunmuş Ermənistanı azad edirlər!» - Navasardyan deyib.
Fəallar üsyançıları dəstəkləyən şüarlar açıblar.
Yerevanın mərkəzində gərginlik davam etməkdədir.
* * *18:06
Yerevanda polis şöbəsini ələ keçirmiş silahlı qrupun rəhbəri Pavlik Manukyan səsgücləndirici ilə çıxış edərək insanları daha sıx birləşməyə çağırıb.
Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, o deyib: “ Biz sizi yenidən daha sıx birləşməyə çağırırıq. Biz güclüyük, indi söz xalqındır. Biz heç vaxt mövqeyimizi əldən verməmişik, bu mövqeyimizi də verməyəcəyik. Bizim elədiyimiz ki vardı, o, kiçik hərbi manevr idi. Bizim əsas tələbimiz hakimiyyətin danışıqsız dəyişdirilməsidir.
Biz bu qeyri-insanlara “ölkədən vızqırdın” deməkdə gecikmişik, eybi yox, bunu indi edirik, onları bu ölkədən qoparıb atacağıq, bununla da hər şey bitəcək”.
* * *14:35
“Ermənistan prezidenti Serj Sarkisyan özünün istefası prosedurana başlayıb”.
Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki. bunu Ermənistan müxalifətinin liderlərindən biri, prezidentliyə keçmiş namizəd Paruyr Ayrikyan deyib.
“Sarkisyan özünü ölkənin prezidenti hiss etsəydi, bu günlər ərzində hər hansı bir bəyanatla çıxış etməyə borclu idi. Hər şeydən göründüyü kimi, o, üsyançıların tələblərinə müvafiq olaraq istefaya gedir”, - müxalif lider bildirib.
* * *13:47
Artıq neçə gündür ki, jurnalistlər Ermənistan prezidenti Serj Sarkisyanın harada olduğunu öyrənməyə çalışırlar. Silahlı üsyanın davam etdiyi bütün bu günlər ərzində o bəyanat verməyib.
Jurnalistlərin suallarını cavablandıran prezidentin müşaviri Alik Sarkisyan bildirib ki. ölkə prezidenti “işinin başındadır, lazım gələrsə, bəyanat verəcək”. Bununla birlikdə, müşavir sonuncu dəfə prezidenti nə vaxt görməsi ilə bağlı verilmiş suala cavab verməkdən yayınıb.
Virtualaz.org-un xüsusi müxbirinin bildirdiyinə görə, eyni zamanda Yerevanda polis bölməsinin binasını zəbt etmiş silahlı qrupun lideri Pavlik Manukyan daha bir girovu sərbəst buraxmaq təklifini rədd edib.
“Əgər siz həmkarlarınıza görə belə narahat olursunuzsa, polis rəisi Vova Qasparyan özü gəlib onları əvəz etsin. Gəlsin yanımıza, bütün girovları azad edək”, - o deyib.