Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

"İslam dünyasında dini ayinlərlə bağlı vahid təqvim sisteminin tətbiqinə tərəfdarıq"

trend_mubariz_gurbanli_110715_1

Dövlət Komitəsinin sədri: Azərbaycan İslam dünyasında vahid Ramazan təqviminin tətbiq olunmasını dəstəkləyir
Xeberinfo.com:   “Ramazan ayı ilə bağlı qarşımızda duran əsas məsələ vahid təqvimin tətbiqidir. Bununla bağlı müəyyən tapşırıqlar vermişik və hazırda bu istiqamətdə iş gedir”.
“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, Ramazan ayı ilə bağlı həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tədbirlər planı hazırlayıb və həmin tədbirlər planına uyğun fəaliyyət göstərilir.
M.Qurbanlı dini bayramların bütün İslam aləmində eyni vaxtda keçirilməsi ilə bağlı bu yaxınlarda Türkiyədə baş tutan konfransa da münasibət bildirib. Dövlət Komitəsinin sədri deyib ki, tədbirdə bununla bağlı geniş müzakirələr aparılıb: “Ümumi səsvermə nəticəsində belə razılığa gəlinib ki, müsəlman ölkələrində dini bayramlar və dini mərasimlər eyni gündə keçirilsin və vahid təqvim tətbiq edilsin. Bunun üzərində iş gedir. Bu işdə aparıcı müsəlman ölkələrinin atacağı addımlar çox önəmlidir. Bu tədbirdə ümumi razılığa gəlinib ki, məsələ İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müzakirə olunsun və hansısa bir qətnamə qəbul edilsin”.
Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan İslam dünyasında vahid Ramazan təqviminin tətbiq olunmasını dəstəkləyir. M.Qurbanlı hesab edir ki, bu məsələdə hər hansı ayrı-seçkilik və parçalanma olmamalıdır: “Bu cür ayrı-seçkilik və təqvim fərqləri İslam aləmində gedən proseslərin bütövlüyünə zərbə vurur. Ona görə də biz İslam dünyasında dini bayramlar və dini ayinlərlə bağlı vahid təqvim sisteminin tətbiqinə tərəfdarıq. Amma bu, müzakirə mövzusudur. Müzakirə davam edir və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də müzakirələr olduqda Azərbaycan öz mövqeyini bildirəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam