Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dövlət Komitəsi rəsmisindən Ramazan xəbərdarlığı

 

"Dini ayinləri QMİ-nin rəsmi təqviminə uyğun icra etməyən icmalar və din xadimləri cəzalanacaq" 

“Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təqvimindən başqa müxtəlif dini təqvimlər çap edərək yayanlar qanunla məsuliyyətə cəlb oluna bilərlər”.

 "Xeberinfo.com":  Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov Komitənin rəsmi saytındakı yazısında bildirib: “Zaman-zaman dindən müəyyən maraqlar üçün istifadə edən bəzi qruplar ölkəmizdəki ənənəvi dini dəyərlərlə uyğunluq təşkil etməyən, dindarlar arasında fikir ayrılığı yaradaraq vəhdət və həmrəyliyə xələl gətirən tədbirlər görməklə öz məkrli məqsədlərinə nail olmaq istəyirlər. Təcrübə göstərir ki, xüsusilə ölkə əhəmiyyətli tədbirlərin keçirildiyi vaxtlarda ictimai sabitliyi pozmaq üçün bəhanə arayan belə qruplar xüsusilə aktivləşir. Bu baxımdan, qarşıdan gələn Ramazan ayında müxtəlif “dini təqvim”lər hazırlayaraq dindar kontingent arasında yayanlar çaşqınlıq yaratmaq məqsədi güdürlər. Bununla bağlı qeyd edək ki, ölkə əhalisinin 96%-ni müsəlmanlar təşkil edən Azərbaycan Respublikasında bütün İslam icmaları dini mərkəz kimi Qafqaz Müsəlmanları İdarəsində birləşirlər”.

 

Şöbə müdiri onu da əlavə edib ki, hər il olduğu kimi, Ramazan ayı öncəsi Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-dini Şurası ölkə ərazisində Ramazan ayının başlanması və bayram günlərinin vaxtı ilə əlaqədar fətva verəcək: “Ay boyu icra olunacaq ibadətlərin vaxtları ilə bağlı xüsusi təqvim hazırlayır ki, məhz bu təqvim Azərbaycan ərazisi üçün dəqiq hesablanıb. Belə ki, həmin təqvim Qafqaz Müsəlmanları İdarəsi ilə Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə astronomik hesablamalara uyğun tərtib edilir. Ölkə müsəlmanları ay boyunca bu cədvələ riayət etməlidir”.

 

Ə.Zülfüqarov vətəndaşlara xəbərdarlıq da etdi: “Vətəndaşlarımız Qafqaz Müsəlmanları İdarəsi ilə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının birlikdə hazırladığı öz təqvimimizdən istifadə etsinlər, mənbəyi məlum olmayan təqvimlərdən uzaq olsunlar. Çünki bu həssas məsələ təkcə dini deyil, elə vahid cəmiyyət kimi milli vəhdətimizin və  həmrəyliyimizin vacib təzahürüdür.  Eyni zamanda, xəbərdar edirik ki, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təqvimindən başqa müxtəlif dini təqvimlər çap edərək yayanlar qanunla məsuliyyətə cəlb oluna bilərlər. Dövlət Komitəsinin müvafiq şöbələri Ramazan ayı boyunca dini ibadət yerlərində müvafiq monitorinqlər aparacaq, dini ayinləri Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təqviminə uyğun icra etməyən icmalar və din xadimləri barəsində hüquqi müstəvidə ciddi ölçü götürüləcək”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam