Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Nazirlikdən hamilə şagirdlə bağlı açıqlama

hamile_qiz_dac6cb786ac59b74e666ab

 

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov Şamaxı məktəbində şagirdin hamilə qalması olayına münasibət bildirib. 

 

Xeberinfo.com:   Məlumata görə, o, Modern.az-a açıqlamasında deyib ki, istintaq aparılır və indiki mərhələdə nəsə demək çətindir.
“Araşdırma aparılsın, ondan sonra bu haqda məlumat veriləcək”.
Şamaxı Rayon Təhsil Şöbəsi isə Modern.az-a bildirib ki, adı mətbuatda hallanan, şərti adı A. olan qız Pirbəhli kənd 9 illik kənd ümumi orta məktəbindən 2015-ci ildə məzun olub. O, Şamaxı rayonunun ümumi təhsil müəssisələrinin heç birində təhsilini davam etdirmir.
Bu hadisədə adı çəkilən Pirbəhli kənd ümumi orta məktəbinin müəllimi Elnur İbrahimovla bağlı Şamaxı Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, o, 2016-cı il aprelin 1-dən üzrlü səbəb olmadan pedaqoji fəaliyyətinə ara verib. Bu səbəbdən cari ilin may ayının 3-dən məktəbin Pedaqoji Şurasının qərarı ilə Əmək Məcəlləsinin 70- ci maddəsinin “Ç” bəndinə əsasən Elnur İbrahimovla bağlanan əmək müqaviləsinə xitam verilib.
Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, yayılan məlumatlara görə, Şamaxı rayonunun Pirbəhli kənd məktəbinin 9-cu sinif şagirdi öz müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb, onun hamiləliyin artıq 7-ci ayında olduğu bildirilir.
Qeyd olunur ki, məktəblinin valideynləri dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, cinayətin açılmasına maneçilik törədilib.
Belə ki, müəllimin səyi nəticəsində Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibovun 7 aylıq hamilə olan qıza bakirəliyi haqda rəy verib.
Şamaxı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə iş başlanılıb və hazırda araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam