Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Səfər Əbiyev həbs oluna bilər

 

Bir neçə gündür mətbuatda keçmiş müdafiə naziri Səfər Əbiyevin ölkədən getdiyi, qayıdan kimi həbs olunacağı ilə bağlı məlumatlar yayılır. 

     "xeberinfo.com": Onun hətta Çexiyada olduğu da iddia edilir. Bəzi mənbələr isə hətta bildirirlər ki, Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin Daxili Təhqiqat İdarəsi keçmiş müdafiə nazir Səfər Əbiyevin 19 illik fəaliyyəti ilə bağlı maliyyə hesabatı hazırlayır. 

Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov bildirib ki, hazırda keçmiş müdafiə nazirinin fəaliyyəti ilə bağlı heç araşdırma aparılmır. Onun fikrincə, vaxtaşırı yayılan bu məlumatlarda konkret mənbə göstərilmir, fərziyyələr söylənilir. 

     “Hərbi Prokurorluq ciddi bir qurumdur və hərbi sahə ilə bağlı olan hər hansı vəzifəli şəxsin fəaliyyəti araşdırılanda, konkret qərar veriləndə rəsmi məlumat yayılır”.

        Məlumata görə, keçmiş müdafiə nazirinin Çexiyaya getməsi də təsdiqlənmir. Ona yaxın mənbə deyib ki, iki gün əvvəl Səfər Əbiyevlə Bakıdakı mənzilində görüşüblər və keçmiş müdafiə naziri 19 illik fəaliyyəti ilə bağlı araşdırma aparılması haqda yayılan məlumatları əsassız adlandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam