Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Eldar Sabiroğlu istintaqa cəlb edilir

 

General-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin edilməsindən sonra bu strukturda - qoşun növlərində aparılan təhqiqatlar, istintaq hərəkətləri ilə bağlı bir-birinin ardınca maraqlı xəbərlər gəlməkdədir. 

   "Xeberinfo.com": Məlumata görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Eldar Sabiroğlu (Səfərov) da istintaqa çağırılıb. 

   Qurumun sabiq sözcüsü cəbhə xəttində, əsasən isə döyüş bölgəsində olmayan hərbi hissələrdə əsgər ölümləri ilə bağlı faktların mediadan gizlədilməsində, ittiham edilir. Yaxın günlərdə E. Sabiroğlunun hərbi prokurorluğa çağırılacağı da xəbərlər sırasındadır. 

   Müdafiə Nazirliyinə yaxın mənbələrdən əldə edilən daha bir məlumata görə, təhqiqatlara Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov şəxsən nəzarət edir. 

   Xatırladaq ki, ötən ilin noyabrında müdafiə naziri Zakir Həsənov 2012-2013-cü illərdə baş verən əsgər ölümləri ilə əlaqədar tədqiqatların aparılması ilə bağlı xüsusi tapşırıq verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam