Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əhali cəbhə xəttində baş verənlərə nə deyir? - VİDEOSORĞU

Əhali cəbhə xəttində baş verənlərə nə deyir? Bakı sakinləri arasında VİDEOSORĞU

 

 

İki gündür cəbhə xəttində baş verənlər əhali tərəfindən də narahatlıqla izlənilir.
Xeberinfo.com:  Düşmən ordusunun hücumu nəticəsində 12 əsgərimizin şəhid olması cəmiyyətdə nə qədər hüznlə qarşılansa da,  strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin düşməndən azad edilməsi ruh yüksəkliyi ilə  qarşılanıb. Düşmən təxribatına qarşı aparılan hərbi əməliyyatda ordumuzun qələbəsi, Talış kəndi, Seysulan və Horadiz istiqamətində olan təpələrin ələ keçirilməsi  əhalinin orduya olan inamını da gücləndirib. 
Musavat.com-un bu gün Bakı sakinləri arasında keçirdiyi sorğudan da məlum oldu ki, insanlar şəhid xəbərlərinə üzülsə də, ordumuzun qalib gəlməsinə seviniblər. Müxbirimizin “Son günlər cəbhədə baş verənlərlə bağlı fikriniz necədir?” sualına bütün respondentlər birmənalı olaraq müsbət fikir bildirib. 
Sorğuda iştirak edən gənclər, ordumuzun təmas xəttindəki yüksəklikləri ələ keçirməsindən qürur duyduqlarını və hər an döyüşə hazır olduqlarını vurğulayıblar. 
Bəzi sakinlər sosial şəbəkələr yayılan yanlış informasiyaların onlarını narahat etdiyini də qeyd etdilər. 
Cəbhə xəttində baş verənlərə cəmiyyətdəki ictimai rəyi öyrənmək istəyirsinizsə, təqdim etdiyimiz videodan izləyə bilərsiniz. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam