İcra başçısının müavini biznesmen çıxdı (?)!-YENİLƏNİB
Müavininin biznesindən Zakir Fərəcovun xəbəri yoxdur
“xeberinfo.com”: Redaksiyamıza Bakıətrafı rayonlardan birinin icra başçısının müavininin fəaliyyəti ilə bağlı maraqlı məlumat daxil olub. Məlumata görə bu müavin geniş biznes strukturlarına malikdir. Əlbəttə məlumatın burası nə təəccüblü, nə də maraqlı deyil.
Maraqlı olan bu biznesmen-məmurun biznes strukturlarından birini-Türkan qəsəbəsindəki 30 ha-dan artıq daş karxanasını icra başçısından gizlətməsidir. Etibarlılığına şübhə etmədiyimiz mənbənin “xeberinfo.com”ya verdiyi məlumata görə bu müavin icra başçısını dəfələrlə aldadıb. Zaman-zaman ən müxtəlif əməliyyatlarda icra başçısına yalan məlumat verib. Başqa sözlə etibardan sui istifadə edib icra başçısına “atıb”. Sonuncu dəfə isə yalvar-yaxar etməklə bağışlanıb...
Amma müavin yenə də.. İndi onu narahat edən karxana biznesindən icra başçısının xəbərdar olma ehtimalıdır. Mənbəmiz bizə bu istiqamətdə ətraflı danışdı: hörmətli müavin Türkanda daş karxanasını nə zaman, kimlərin vasitəçiliyi ilə alıb? Kimin adına rəsmiləşdirib və necə idarə edir?
Təəssüf ki, biz hələlik bu məlumatla bağlı geniş yaza bilmirik. Səbəb isə gərəkən dəqiqləşmələri yekunlaşdıra bilməməyimizdir. Məmur-biznesmeni dinləmək isə həlli müşkül problemə şevrilib. Telefon zəngimizə cavabı da gözlənilməz oldu: “Sizə mənim telefonumu kim verib. Bir də mənə zəng vurmayın”.
Olsun bu onun baxışı, düşüncə məhsuludur. Bizim məmurların bu sayaq cavabları təəccüb doğurmur. Nə isə...
Onu qeyd edək ki, keçən günlərdə bəzi dəqiqləşmələr apara bilmişik. Barəsində bəhs olunan məmur-biznesmen Abşeron rayon icra hakimiyyətinin başçısı hörmətli Zakir Fərəcovun müavini Sərviz Süleymanovdur. Məlumata görə Sərviz müəllimin daş karxanası Türkan qəsəbəsində “draberka” deyilən ərazinin yaxınlığındadır. Obyekti Səməd adlı şəxs işlətsə də, Sərviz müəllimin yaxın adamlarından birinin adına rəsmiləşdirilib. Mənbəmiz cənab Süleymanovun həm bu biznesinin fəaliyyəti, həm də digər əməliyyatları ilə bağlı geniş məlumat verib.
Aldığımız digər məlumata görə isə,Sərviz Süleymanov artıq Güzdəkdəki məlum obyektini bağlamaq qərarına gəlib. Əvəzində isə bütün imkanlarını Binə ve Türkan qəsəbəsində yərləşən eyni tipli biznes strukturunun inkişafına yönəldib.
Biz həmçinin də, məlum prinsiplərə uyğun olaraq qarşıdakı günlərdə mümkün vasitələrlə məlumatı dəqiqləşdirib, geniş yazı hazırlamağa çalışacağıq.
Səməd