Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq Apara rəhbərinin səs yazısı yayıldı-AUDİO

sefer-im

 

Xeberinfo.com:  Tanınmış vəkil Adəm Məmmədov Eynur Kərimovun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya 170 min ABŞ dollar verməsində vasitəçi rolu oynayan komitənin sabiq Aparat rəhbəri Səfər İmanovla olan telefon danışığı zamanı yazılmış kiçik bir səs yazısını içtimaiyyətə çatdırdı.

Vəkil Adəm Məmmədov müsahibəsində bildirib ki, bu kiçik səs yazısını yaymaqda məqsədimiz tərəfimizdən səslənən fikirlərin hər birinin hüquqi əsası olduğunu və müvəkkilim Eynur Kərimovun komitə rəsmilərinin yaydıqları məlumatlarda səsləndirdikləri kimi bir xarakterə (şərçi, böhtançı) malik bir insan olmadığını ictimaiyyətə çatdırmaqdır.

Bu səs yazısını dinləyən hər bir kəs tərəfimizdən səslənən ittihamların həqiqəti əks etdirdiyinin bir daha şahidi olacaq.

Diqqətə çatdırmaq istəyirik ki, əlimizdə istintaqın gedişinə kömək edə biləcək yetərli qədər video və audio material var. Sadəcə istintaq sirri olduğu üçün əlimizdəki materialı tam versiyada ictimailəşdirmək istəmirik.

Bu gün komitə rəsmiləri tərəfindən Hicran Hüseynova ilə sabiq Aparat rəhbəri Səfər İmanovun heç bir qohumluq əlaqəsi olmadığı bildirilir.

Araşdırmalarımız zamanı məlum olmuşdur ki, Səfər İmanovun atası Bəbir İmanov komitə sədrinin atası Kamran Hüseynovun dayısı oğludur.

Bəbir İmanovu yaxından tanıyanlar onun cox böyük hörmətə və nüfuza sahib ziyalı olduğunu bildirirlər.

Qeyd edim ki, Səfər İmanovun atası Bəbbir müəllim oğlunun başına gələn hadisələrlə bağlı qohumu və komitə sədri Hicran Hüseynovanın dəfələrlə qəbulunda olmağa çalışmış, komitə sədri onu qəbul etməmişdir.

Oğlunun başına gələnlərdən təsirlənən Bəbir İmanovun qəflətən səhhəti pisləşmiş və komaya düşmüşdür, 6 fevral 2016-cı ildə dünyasını dəyişmişdir.

Səfər İmanov atası komada olduğu zaman ölkəni tərk etmiş, yeganə oğul övladı olmasına baxmayaraq atasının dəfn mərasimində iştirak etməmişdir.

Azadliq.info 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam