Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

170 min dollarlıq qalmaqalla bağlı yeni məlumatlar

hicranKeçmiş aparat rəhbərinin açıqlaması Hicran Hüseynovanı təşvişə salıb

Xeberinfo.com:  170 min dollarlıq qalmaqalla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, qalmaqalda adı hallanan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər Imanovun vətəndaş Eynur Kərimovun 170 min dollarının mənimsənilməsi ilə bağlı açıqlaması komitə sədri Hicran Hüseynovanın ciddi narahatlığına səbəb olub.

Qeyd edək ki, Eynur Kərimovun vəkili Adəm Məmmədovun sözlərinə görə, Səfər Imanov bu məsələyə görə Hicran Hüseynovanı ittiham edir. O, bildirib ki, Eynur Kərimovdan aldığı komitə sədrinə verib. Səfər Imanov həmçinin məsələ ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə də müraciət edəcəyini bildirib.

Məlumatlarda bildirilir ki, Səfər Imanovun açıqlamalarına qədər Hicran Hüseynovada arxayınlıq olub. Komitə sədri bu məsələyə görə onunla bağlı hansısa tədbir görüləcəyinə inanmayıb. Lakin Səfər Imanovun da onun əleyhinə danışması komitə sədrini təşvişə salıb. Bildililir ki, hazırda Hicran Hüseynova hər vəchlə Səfər Imanovun Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə müraciətinin qarşısını almağa çalışır.

Məlumatlarda həmçinin bildirilir ki, Səfər Imanovun ölkəni tərk etməmişdən əvvəl mülklərini Qubadlının icra başçısı Malik Isaqovun yaxınlarına satması da istintaqın diqqətindən yayınmayıb. Bildirilir ki, həmin mülkləri alan şəxslər də istintaqa cəlb oluna bilər.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam