Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

170 minlik rüşvət qalmaqalı: "Pulu birbaşa Hicran Hüseynovaya verib"

 

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ətrafında başlayan 170 minlik rüşvət qalmaqalı bir az da böyüyüb.

Xeberinfo.com:   Məlum olduğu kimi, vəkil Adəm Məmmədov adını açıqlamaq istəmədiyi müvəkkilinin Hicran Hüseynovaya işə düzəlmək məqsədilə 170 min dollar verdiyini iddia edir. 

Məlumata görə, məsələ ilə bağlı aznews.az-a danışan vəkil H.Hüseynovaya 170 min rüşvət verən müvəkkilinin sahibkar olduğunu deyib: “Müvəkilim uzun illər biznes fəaliyyəti, sahibkarlıqla məşğul olub. Bəzi xarici ölkələrlə ticarət əlaqələri var imiş. Təəssüflər olsun ki, indi müflisləşib, bu məsələdən sonra kasıblayıb”.

A.Məmmədov qeyd edib ki, müvəkkili ilə H.Hüseynova şəxsən tanış imişlər: “O, Hicran xanımdan adi iş istəyib. O, da deyib ki, adi işi nə edirsən, gəl səni Bakının rayonlarının birinə icra başçısının müavini təyin edim, işlərin daha da yolunda getsin. Müvəkkilim də razılaşıb. Bu proses 2012-ci ildə olub. Lakin o vaxtdan bu günə kimi nə pulu qaytarıb, nə də işə düzəldib”. 

A.Məmmədov onu da əlavə edib ki, müvəkili 170 min dolları komitənin keçmiş Aparat rəhbəri Səfər İmanovun yanında bir başa Hicran Hüseynovaya verib: “Müvəkilim pulu gətirən günü ilk olaraq Hicran xanımla görüşüb. Hicran xanım onu qəbul edib, danışıblar. O da pulu gətirdiyini deyib. Səfərin yanında pulu bir başa Hicran xanıma verib. Səfər də çantada pulu götürüb. Elə şeylər var ki, istintaqın gedişinə mane olur. Bu üzdən bəzi şeyləri açıqlamırıq. Bununla bağlı mötəbər sübutlar və sənədlər var. Səfər özü o xanımı ifşa edib, müvəkkilim deyir ki, mən pulu H.Hüseynovaya vermişəm, S.İmanov da bunu təsdiqləyir. Aparat rəhbəri öz sədrinə qarşı bunu yazıb təsdiqləyirsə, bu artıq cinayət işinin başlanması üçün ciddi əsasdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam