Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Deputatdan Nəbiyevlərin zülm etdiyi qəbələlilərə təhqir: "Nə qədər şərəfsiz olmalısan ki..."

elman_z1420541201elman

“Nə qədər şərəfsiz olmalısan, alçalmalısan ki, düşməndən imdad diləyəsən?!”

Xeberinfo.com:  Bu sözləri deputat Elman Məmmədov Ağdama gələrək, Ermənistanın işğalı altındakı bölgəyə keçmək istəyən Qəbələ sakinləri haqda deyib.
Qarabağdan olan, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat Elman Məmmədov Modern.az saytına açıqlamasında qeyd edib ki, əgər vətəndaş ölkəsində hər hansı sıxıntı, çətinlik, haqsızlığa görə düşmən tərəfə keçmək istəyirsə, o cür adamları Azərbaycanda saxlamağa ehtiyac yoxdur.
“Belədirsə, onlar lap elə Ermənistana da keçsin, oradan da o biri tərəfə… Bütün cəmiyyətlərdə, bütün ölkələrdə vətəndaşa qarşı hansısa hadisələr olur. Hər şey müsbət istiqamətdə cərəyan etmir ki… Həyatda çətinliklər, uğursuzluqlar da var. Yerli məmurların, bəzi vəzifə daşıyanların vətəndaşlara qarşı yarıtmaz mövqeyi var. Cənab Prezidentin milyon dəfələrlə buna qarşı çıxmasına baxmayaraq, hələ də yerlərdə irili-xırdalı belə vəzifə daşıyanlarımız var.
Onların qonşuları, bələdiyyə sədrləri, icra nümayəndələri və başqaları ilə münasibətdə anormallıq, çətinlik ola bilər. Lakin vətəndaşın buna görə doğulduğu ölkədən gedib, düşmən dövlətin ərazisində yaşamağa üstünlük verməsi kimi ləyaqətsiz hərəkət fikirləşmirəm”.
E.Məmmədov qeyd edib ki, vətəndaş çətinlik qarşısında acizlik etməməlidir.
Sən öz hüquqlarını müdafiə etmək üçün dövlət rəhbərinə, hüquq-mühafizə orqanlarına, səni incidən məmurdan daha yüksəkdə olan vəzifəli şəxsə müraciət et. Ən son həddə qədər get, mübariz ol, mübarizə apar.
Yoxsa hansısa vəzifəli adamın və ya bələdiyyə sədri, icra nümayəndəsinin sənə qarşı haqsızlığına görə, durub düşmən ölkəyə yaşamağa getmək başadüşülən deyil. Onda vətəndaşlığın, torpağa bağlılığın nə yerdə qaldı? Sən indidən mövqeyini bildirirsən. Mən hətta bu məsələdə təxribat elementləri də görürəm. Ermənistan mediası bu məsələni trendə çevirib.
Normal fikirləşən adam, vətəndaş buna nifrət etməli və qarşı çıxmalıdır. O qədər alçalmısan ki, düşməndən imdad diləyirsən?!”
скачанные-файлы-21-300x288Qeyd edək ki, sosial şəbəkələrdə yer alan məlumatlara görə, Qəbələnin Kötüklü kənd sakinləri fevralın 27-nə keçən gecə Ağdama gedərək, ermənilər tərəfə keçməyə çalışıblar.
Qeyd edilib ki, 25 nəfər Qəbələ sakini əllərində ağ bayraqla işğal altındakı Ağdam rayonuna keçərkən polis onları mühasirəyə alıb. Məlumata görə, həmin 25 nəfər Nəbiyevlər ailəsinin Qəbələdə onlara qarşı etdiyi haqsızlıqlardan irəli gələrək, bu addımı atdıqlarını qeyd ediblər.
““Azərişıq”ın Bakı üzrə nümayəndəsi Qara Nəbiyev, vergilər nazirinin müşaviri Müsavər Nəbiyev, Kötüklü kəndinin icra nümayəndəsi İkram Nəbiyev Qəbələ rayonunu ələ alıblar. Onlar bizi yaşamağa qoymurlar. Kiminsə evinə, maşınına narkotik atıb tutdururlar. Bundan bezib Ermənistan tərəfə keçmək istədik. Özümüzü erməni gülləsinin qarşısına verib canımızı Nəbiyevlərin zülmündən xilas etmək istəyirdik”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam