Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

DİN icra hakimiyyətini yalanladı: 25 nəfər həqiqətən erməni tərəfə keçmək istəyib

 

Xeberinfo.com:  Qəbələ rayon icra başçısının I müavini Abil Ağasəfərov qrup Qəbələ sakininin  Ermənistana keçmək istəklərini təkzib etsə də, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Modern.az saytına faktı təsdiqləyib.

 

“Fevralın 27-də Qəbələnin, aralarında azyaşlıların da olduğu 25 sakini Ağdamın Mirbəşirli kəndinə gəliblər və məhkəmənin hökmü ilə məhkum olunmuş qohumlarının azadlığa buraxılmayacağı təqdirdə təmas xəttini keçəcəklərini bildiriblər. Həmin vətəndaşlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar”.

E.Zahidov deyib ki, polis bölməsində 25 sakinin izahatı alınıb:

“Rayon Polis Şöbəsində onların hər birindən izahat alınıb, söhbət aparılıb. Şəxslər dərhal gəldikləri Qəbələ rayonuna yola salınıblar. Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Məlumat üçün bildirək ki, 25 nəfər Qəbələ sakini əllərində ağ bayraqla işğal altındakı Ağdam rayonuna keçərkən polis onları mühasirəyə alıb. Bildirilir ki, həmin 25 nəfər Nəbiyevlər ailəsinin Qəbələdə onlara qarşı etdiyi haqsızlıqlardan dolayı bu addımı atıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam