Dəmir-Beton müəssisəsi satışa çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsi “Sabirabad Dəmir Beton” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Xeberinfo.com: Məlumata görə, ASC-nin səhmlərinin 99,92%-nin (85% + əmək kollektivi üzvlərinə səhmlərin güzəştli satışından qalan 14,92%) satışı üzrə investisiya müsabiqəsi keçiriləcəkdir.
ASC Sabirabad rayonunun Qalaqayın kəndində yerləşir və səhmdar cəmiyyətinin əsas fəaliyyət növü beton və dəmir-beton məmulatlarının istehsalı və satışı olub.
“Sabirabad Dəmir Beton” ASC-nin nizamnamə kapitalı 821 108 manat (hər birinin nominal dəyəri 2 manat olan 410 237 səhm), investisiya müsabiqəsində satışa çıxarılan səhmlərin ümumi nominal dəyəri isə 820 474 manatdır.
1970-ci ildə istismara verilmiş ASC-nin hazırda işçilərin sayı 3 nəfərdir. Səhmdar cəmiyyətinin 40 835 manat öhdəlikləri və 44 991 manat debitor borcları var.
İddiaçılar qarşısında qoyulan şərt və tələblərə görə, müəssisənin ərazisindəki bina və tikililər təmir olunmalı, avadanlıqlar yenilənməli, yüksəkkeyfiyyətli beton və dəmir-beton məmulatlarının istehsalına nail ounmalıdır.
İddiaçılar səhmdar cəmiyyətinin Özəlləşdirmə planı (Emissiya prospekti) ilə tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 28 mart 2016-cı il tarixinədək Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edə bilərlər.
İddiaçıların ərizə və təkliflərinin qəbulu 28 mart 2016-cı il tarixinədək Dövlət Komitəsində aparılacaqdır.
Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında 29 mart 2016-cı il, saat 1200-dan başlayaraq həyata keçiriləcəkdir.