Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

16 milyon manat borcu olan zavod özəlləşdirilir

metal-zavodƏmlak Məsələləri Dövlət Komitəsi “Daşkəsən Filizsaflaşdırma” ASC-nin nizamnamə kapitalının 99,22%-nin satışı üzrə (səhmlərin 0,78%-i əmək kollektivi üzvləri tərəfindən güzəştli satış vasitəsilə alınıb) investisiya müsabiqəsi elan edir.

Xeberinfo.com:   Fins.az-ın verdiyi xəbərə görə, müsabiqədə Azərbaycan qanunvericiliyinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcı kimi tanınan yerli investorlarla yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində investisiyanın maksimum həcmi və onun səmərəli qoyuluşuna dair daha əlverişli təkliflər təqdim etmiş iddiaçıya üstünlük veriləcək.

Şirkətin nizamnamə kapitalı 1 mln. 63 min 140 manatdır. Buraxılmış səhmlərin sayı 531 min 570 ədəd, bir səhmin nominal dəyəri isə 2 manat təşkil edir.

İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı 527 min 447 ədəddir.

İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin ümumi nominal dəyəri 1 mln. 54 min 894 manatdır.

Şirkətin digər müəssisələrdə iştirak payı yoxdur.

1954-cü ildə istismara verilən ASC-nin işçilərinin sayı 316 nəfər təşkil edir.

Şirkətin öhdəlikləri 16 mln. 613 min 319 manatdır ki, onlardan:

– əmək haqqı və ona bərabər tutulan borclar: 652 min 164 manat;

– dövlət büdcəsinə olan borclar: 4 mln. 555 min 497 manat;

– DSMF-yə olan borclar: 2 mln. 32 min 852 manat;

– dövlət xidmətlərinə görə dövlət müəssisələrinə (elektrik enerjisi, qaz, su, kanalizasiya, dəmir yolu daşımaları) olan borclar: 1 mln. 66 min 447 manat;

– mal, iş və xidmətlərə görə qeyri-dövlət müəssisələrinə olan borclar: 155 min 971 manat;

– alınmış kreditlərə və onlara hesablanmış faizlərə görə borclar: 2 mln. 42 min 524 manat;

– sair borclar: 5 mln. 507 min 864 manat;

– debitor borcları:  3 mln. 556 min 983 manat.

Müəssisənin istifadəsində olan dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zəncirini ölkə daxilində təmin edən klasterin yaradılması məqsədi ilə aşağıdakı məsələləri özündə əks etdirən və investisiya qoyuluşlarının istiqamətləri, məbləğləri və müddətləri göstərilməklə ümumi həcmi 600 mln. dolların manatla ekvivalentindən az olmayan 3 il ərzində icra olunacaq İnvestisiya proqramının (biznes plan) təqdim edilməsi:

– səhmdar cəmiyyətinin istifadəsində olan yataqlardakı dəmir filizinin mövcud qanunvericiliyə uyğun olaraq təhlükəsizlik və ekoloji standartlara riayət olunmaqla illik hasilatının həcmi ilə bağlı təklif;

– rəqabət qabiliyyətli və əlavə dəyər yaradan, idxalı əvəz edən, ixrac yönümlü son məhsul istehsalının ölkə daxilində təşkil edilməsi ilə bağlı qurulacaq istehsal zəncirinə daxil olan müəssisələrə və onların istehsal gücünə dair təklif;

– istehsal olunacaq hazır məhsulların çeşidinə dair (məsələn, ikitavr, polad künclük, şveller, pəstah, dəmir lövhə, boyalı/boyasız rulonlar və s.) təklif;

– müəssisədə aparılacaq yenidənqurma, tikinti, təmir-bərpa işlərinə dair təklif;

– yeni avadanlıq və texnologiyaların tətbiqinə dair təklif;

– yeni iş yerlərinin yaradılmasına dair təkliflər (1 000 iş yerindən az olmayaraq);

– istehsal olunacaq məhsulların satış bazarları haqqında təklif;

– təklif olunmuş investisiya həcminin ümumi məbləğinin 5%-ə qədərinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsi və ondan istifadəyə dair təklif (məbləğ qeyd olunmaqla).

– dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklifin verilməsi, təklifin minimal həddi 110 mln. manat müəyyən edilməklə, maksimal həddi iddiaçılar tərəfindən təklif olunmalıdır.

Müsabiqədə iştirak etmək istəyənlər müvafiq ərizə ilə müraciət etməlidir. Bununla yanaşı, iddiaçının ciddiliyini təsdiq edən, qalib gələcəyi təqdirdə onun tərəfindən müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 10.000.000 (on milyon) manat məbləğində vəsaitin beh olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Mərkəzi Bankındakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli (kod: 501004; müxbir hesab: AZ74 NABZ 0145 1700 0000 0000 1944; VÖEN: 9900071001; SWIFT bik: NABZAZ2C) depozit manat hesabına köçürülməsini təsdiq edən qəbz və ya həmin məbləğdə zəmanət məktubu (bank qarantiyasının forması satıcı tərəfindən müəyyən edilir) da tələb olunur. Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ müvafiq şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğlər isə geri qaytarılacaq.

İddiaçıların ərizə və təkliflərinin qəbulu 31 yanvar 2017-ci il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək bu ünvanda aparılacaq: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Komitəsi, otaq 802.

Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında 2 fevral 2017-ci il, saat 15:00-dan başlayaraq həyata keçiriləcək.

Müsabiqə nəticələri haqqında protokol qalib müəyyən olunduqdan sonrakı 3 gün müddətində təsdiq ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam