Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Azərbaycan Beynəlxalq Bankı satılır

 

Azərbaycanın iri bankı səhmlərinin kütləvi təklif əsasında satışına başlayır.


   "xeberinfo.com": "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin AZ1003004582 dövlət qeydiyyat nömrəli, nominal qiyməti 0.26 manat olan adi, adlı, sənədli səhmlərinin yerləşdirilməsi üzrə emitentin nizamnamə kapitalında səhmdarların paylarına mütənasib miqdarda yerləşdirilən səhmləri əldə etmək üçün nəzərdə tutulmuş üstünlük hüququnun müddətinin bitməsi ilə əlaqədar, 14 aprel 2014-cü il tarixindən etibarən (bu tarix daxil olmaqla) emitentin üstünlük hüququ müddəti ərzində yerləşdirilməmiş 5 338 661.12 manatlıq (20 533 312 ədəd) səhmlərinin Bakı Fond Birjasında (BFB) kütləvi təklif əsasında satışı başlanılır.

Birjadan əldə etdiyimiz məlumata görə, yerləşdirmə 25 may 2014-cü il tarixinədək davam edəcək. Səhmlərin alışında maraqlı olan olan şəxslər Birja üzvü olan şirkətlərə müraciət edə bilərlər.

Qeyd edək ki, sözügedən səhmlər 12 dekabr 2013-cü il tarixindən Bakı Fond Birjasında yerləşdirilməyə başlanılıb. Hazırda yerləşdirilməyə çıxarılmış və nominal dəyəri 200 000 001.50 manat olan (769 230 775 ədəd) səhmlərdən, 194 661 340.38 manatlıq (748 697 463 ədəd) hissəsi artıq yerləşdirilib.

Səhmlərin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam