Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Aqrarkredit” Beynəlxalq Bankın səhmdarı oldu

07650548-597d-4eed-942b-90e68042241e_292

Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) problemli aktivlərini əldə etmiş “Aqrarkredit” – bank olmayan kredit təşkilatı (BOKT) QSC Bankın səhmdarı olub.

Xeberinfo.com:   “Report” xəbər verir ki, hazırda BOKT ABB-nin səhmlərinin 27,26%-nə (ümumi nominal dəyəri 174 839 736,6 manat olan 647 554 580 səhmə) sahibdir.

ABB-nin əsas səhmdarı yenə də Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyidir. Qurum Bankda 54,96%-lik payını qorumaqdadır. Söhbət ümumi nominal dəyəri 352 473 964,83 manat olan 1 305 459 129 səhmdən gedir.
Bankın səhmlərinin qalan 17,78%-i isə qeyri-dövlət müəssisələrinə və fiziki şəxslərə məxsusdur.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641 287 250 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,27 manat olan təxminən 2 275 138 000 səhm əsasında formalaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam