Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Alışanovun hansı yuvanın quşu olduğunu gözəl bilirəm”

25345

“Bu müzakirələr dövlət büdcəsindən milyonlarla vəsait alan bir televiziyanın səviyyəsini, ona kimin rəhbərlik etdiyini bir daha ictimaiyyətin diqqətinə çatdırır”

Xeberinfo.com:   AzTv-dəki mənbədən aldığımız məlumata görə professor Qulu Məhərrəmlinin Moderator.az-da gedən müsahibəsindən sonra iki gündür ki, televiziya rəhbəri Arif Alışanov işçiləri toplayıb Q.Məhərrəmliyə hücum etməklə bağlı tapşırıqlar verir.

Tapşırıqlar da ondan ibarətdir ki, media qurumlarında, sosial şəbəkələrdə Q. Məhərrəmliyə qarşı kəskin ifadələr, tənqidlər dolu çıxışlar edilməli, statuslar yazılmalı, açıqlamalar verilməlidir. Mənbə bildirir ki, bu qarayaxma kampaniyasına əsasən yüksək maaş alanlar, vəzifəsi olanlar cəlb edilib. Eyni zamanda İctimai Televiziyadan da bir neçə şəxs bu kampaniyaya qoşulub və onlar sosial şəbəkələrdə Q.Məhərrəmlinin ünvanına xoşagəlməz fikirlər yağdırırlar.

Moderator.az məsələ ilə bağlı Q.Məhərrəmlinin mövqeyini öyrənib. Professor bildirib ki, müsahibədə səsləndirilən fikirlərə hər kəsin münasibət bildirmək haqqı var:

“Bunu normal hesab edirəm. Ancaq bu fikirlər insanların öz yanaşması deyil, onlara Arif Alışanov yersiz ideyalar verir. Mən Arif Alışanovun bu məsələlərdə hansı cəbhəxanaya malik olduğunu, hansı yuvanın quşu olduğunu gözəl bilirəm. Vaxtilə Elşad Quliyevə, Nizami Xudiyevə, Mövlud Süleymanlıya qarşı apardığı kampaniyaların şahidi olmuşam. Hansı metodlardan istifadə etdiyini də yaxşı bilirəm. Kim nə deyir qoy desin, hər kəsin rəy bildirmək, mövqe bildirmək hüququ var”.

Q. Məhərrəmli adamların bu kampaniyada iştirak etməsini də müsbət hal kimi qiymətləndirib:

“Hesab edirəm ki, bu cür yanaşmalar məsələni ictimailəşdirir. Dövlət büdcəsindən milyonlarla vəsait alan bir televiziyanın səviyyəsini, ona kimin rəhbərlik etdiyini bir daha ictimaiyyətin diqqətinə çatdırır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam