Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Millət vəkili istintaqa çağırılacaq?

 

Deputatın bahalaşma əleyhinə aksiyalara dolayı dəstək verdiyinə dair ittihamlar var 

Xeberinfo.com:  Yanvarın sonlarına yaxın ölkənin bir çox rayonlarında bahalaşma əleyhinə etirazların keçirilməsi hökuməti bəzi addımlar atmağa vadar etdi. Məlumata görə, xüsusən də unun qiymətinin 50 faizdən artıq bahalaşması əyalət insanlarını çətin duruma salmışdı. 

Proses yatarılsa da, qiymət artımı yenidən baş verərsə, etirazların yenidən vüsət alacağı istisna deyil. Amma buna qədər hökumətin gördüyü tədbirlər də mühüm əhəmiyyət daşıyır. 

Jam.az-a daxil olan məlumata görə, etiraz aksiyaları dövründə Baş Prokurorluq bahalaşmaya yol verən bir sıra addımlar atmağa başladı və ilk olaraq unun qiymətini artıranlardan birini həbs etdi. Həmin şəxsin «Karmen» şirkətinin rəsmi nümayəndəsi olduğu məlum olmuşdu. 

Məlumatlara görə, həbs olunan şəxs Azərbaycanda iki ən böyük un monopolistlərindən birinin nümayəndəsi kimi tanınırdı. Yəni, «Karmen» şirkəti faktiki olaraq un monopolisti olaraq ad çıxarıb. Bu şirkətin İmişlidən seçilmiş deputat Əsabil Qasımova məxsus olduğunu bilməyən isə yoxdur. Uzun illərdən bəri qurduğu biznesiylə camaatı çörək sınağına çəkən millət vəkilinin durumunun heç də yaxşı olmadığı deyilir. 

Məlumatlarda iddia olunur ki, yanvarın sonlarında bir sıra rayonlarda etiraz aksiyalarının keçirilməsinin əsas səbəbkarlarından biri kimi, Əsabil Qasımovun da adı keçir. İddia edilir ki, bu etirazlara dolayı da olsa dəstək verən deputatın adı artıq istintaq orqanlarının diqqətini çəkib. Hətta o da vurğulanır ki, sözügedən şəxs bu məsələ ilə bağlı Baş Prokurorluqda dindirilə bilər. 

Gələn xəbərlərdən o da aydın olur ki, Əsabil Qasımovun işini çətinə salan başqa bir məqam da var. Qeyd edilir ki, bir müddət əvvəl süni qiymət artımına yol verdiyi üçün həbs olunan «Karmen»in rəsmisi istintaq orqanlarına verdiyi ilkin ifadəsində deputatın adını çəkilib. Və belə iddia olunur ki, həmin şəxs ifadəsində qiymətlərin artılırması ilə bağlı tapşırığı Qasımovdan aldığını vurğulayıb. 

Qeyd edək ki, bu məlumat təsdiqini taparsa və verilən ifadə əsasında aparılan araşdırma reallığı əks etdirərsə, Əsabil Qasımovun sonunu gətirmiş olacaq. Çünki deputatın bu hərəkəti faktiki olaraq hakimiyyətə qarşı çıxmağa bərabər bir addımdır və bunu da ona bağışlamazlar. Və böyük ehtimalla Əsabil Qasımov nəinki maddi imkanlarını, mandatını, hətta azadlığını da itirə bilər. 

Xatırladaq ki, bir müddət əvvəl bəzi mətbuat orqanlarında Əsabil Qasımovun süni qiymət artımı edənlər sırasına daxil olduğu, haqqında bütün bilgilərin dövlət başçısına çatdırıldığı və yekun qərarın da ölkə rəhbərliyi tərəfindən veriləcəyi barədə məlumatlar yayılmışdı. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam