Pakistan vasitəçiliyə davam edəcək -RƏSMİ
Pakistan yenə də ABŞ-İran dialoqunda vasitəçilik etməyə davam edəcək.
Yenixeberorg.com: Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
"Ümid edirik ki, hər iki tərəf davamlı sülhə nail olmaq üçün müsbət hərəkət etməyə davam edəcək. Bütün tərəflərin atəşkəs öhdəliklərini yerinə yetirməsi vacibdir", - açıqlamada vurğulanıb.
Qeyd edək ki, İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar baş tutub. Görüşdə ABŞ və İran nümayəndə heyəti yekun razılığa gələ bilməyib.









AZ
RU
