Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Pir Hüseyn Kulivənd: ABŞ və İsrailin zərbələrindən sonra İranda 125 min obyekt zədələnib

 

İranda ABŞ və İsrailin zərbələri nəticəsində 125,6 mindən çox mülki obyekt zədələnib.

Yenixeberorg.com xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivənd açıqlayıb.

Onun sözlərinə görə, bu obyektlərdən 100 mini yaşayış binaları olub.

"339 tibb mərkəzi, o cümlədən xəstəxanalar, apteklər, laboratoriyalar və təcili yardım şöbələri də bu hücumların hədəfi olub", - Kulivənd vurğulayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə danışıqlar aprelin 11-də Pakistanda aparılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam