Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Pinyo:Aİ Ukrayna üçün kreditin tezliklə blokdan çıxarılacağını gözləyir

 

Avropa Komissiyası Ukraynaya 90 milyard avroluq kreditlə bağlı tezliklə irəliləyiş gözlədiyi halda, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının 20-ci paketi ilə bağlı qərar hələ qəbul edilməyib və Aİ Şurasında müzakirə olunur.

Yenixeber.org xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.

Hər iki məsələ öz razılığını "Drujba" neft kəmərinin işinin bərpası ilə əlaqələndirən Macarıstanın vetosu səbəbindən hələ də həll olunmamış qalır.

"Drujba" neft kəmərinin təmiri planları haqqında bugünkü elandan sonra Macarıstanın mövqeyinin nə dərəcədə tez dəyişə biləcəyinə dair suala münasibət bildirən P.Pinyo qeyd edib ki, "ideal halda bu, Avropa Şurasının 19 mart iclasına qədər baş verəcək".

"Sanksiyalar paketi ilə bağlı yeniliyimiz yoxdur. Lakin biz hələ də onun qəbul edilməsinə sadiqik və təsdiqlənməsi üçün Aİ Şurası ilə danışıqlar aparırıq. Kreditə gəldikdə isə, danışıqlar davam edir və ümid edirik ki, tezliklə bu məsələdə müəyyən irəliləyiş görə biləcəyik", - o deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam