Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyan: Cənubi Qafqaz ölkələri öz təhlükəsizliklərinin qeydinə özləri qalmalıdır

 

Əgər Cənubi Qafqaz dövlətləri öz təhlükəsizliklərinin qeydinə özləri qalmasalar, yeni geosiyasi sarsıntılar onlara rəhm etməyəcək.

Yenixeber.org xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, azı son 100 il ərzində Ermənistan və Azərbaycan bir-biri ilə qarşılıqlı əlaqədə olub. Bir əsr sonra region yenə də mürəkkəb olaraq qalır və Cənubi Qafqaz dövlətləri özlərinin qeydinə özləri qalmasalar, yeni geosiyasi sarsıntılar onlara "rəhm etməyəcək".

"Münaqişələr və düşmənçilik gözümüzü kor edən, müstəqilliyimizi və dövlətçiliyimizi həssas edən bir virusdur. Buna görə də talelərimizin strateji baxımdan qarşılıqlı asılılığının dərk edilməsi Ermənistanla Azərbaycan arasında sülhü mümkün edən daha bir mühüm amildir", - o bildirib.

Paşinyan, həmçinin qeyd edib ki, bu qərarın qəbul edilməsi üçün o, ölkə daxilindəki, ilk növbədə, kilsənin müqavimətini dəf etməli olub. Kilsə nəinki buna qarşı çıxır, həm də Qarabağ hərəkatının bərpasına çağırırdı, bu da, faktiki olaraq münaqişəyə qayıtmaq demək idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam