Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tovuzda qadının üzərinə benzin tökərək yandırmaqda təqsirləndirilən şəxsə hökm oxunub

 

Tovuzda qadının üzərinə benzin tökərək yandırmaqda təqsirləndirilən Röyal Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenixeber.org xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Röyal Tağıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2024-cü ildə Tovuz rayonunda baş verib. Məlumata görə, aprelin 28-də Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla məlum olub ki, 2002-ci il təvəllüdlü Röyal Tağıyev aprelin 18-də aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə benzin töküb və onun bədəninin 70-80 faizini yandırıb. T.Məmmədova Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb. O, 3-cü dərəcəli yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi açılıb. Röyal Tağıyev istintaqa cəlb olunub və barəsində həbs qəimkan tədbiri seçilib.

Röyal Tağıyevin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oğlu olduğu bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam