KƏŞ-in baş katibi: İran Bəhreyndə Dəniz Əməliyyatları Mərkəzinin binasına hücum edib
İran Bəhreyndə Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Birgə Dəniz Əməliyyatları Mərkəzində iştirak edən bir qrup zabitin yerləşdiyi binaya hücum etdi.
Yenixeber.org-un məlumatına görə, bu barədə təşkilatın baş katibi Casim Əl-Budeyvi bildirib.
Onun sözlərinə görə, hücuma məruz qalan binada KƏŞ-in Birgə Dəniz Əməliyyatları Mərkəzinin işində iştirak edən Qətərin Hərbi Dəniz Qüvvələrinin zabitləri yerləşdirilib.
Əl-Budeyvi İranın hücumunu bütün beynəlxalq qanunları və normaları pozan düşmənlik hərəkəti adlandırıb.
Qətər zabitləri arasında mümkün itkilər barədə məlumat verilmir.









AZ
RU