Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Kuba tezliklə süqut edəcək”

kuba-tezlikle-suqut-edecek

ABŞ Prezidenti Donald Tramp Kubanın hazırkı idarəetmə rejiminin yaxın zamanda süqut edəcəyini və rəsmi Havananın Vaşinqtonla genişmiqyaslı sövdələşməyə hazır olduğunu bildirib.

Yenixeber.org: Ağ Ev rəhbəri Kubanın iqtisadi və siyasi baxımdan ağır günlər yaşadığını vurğulayaraq, rəsmi Vaşinqtonun bu məsələdə qətiyyətli olduğunu bildirib.

Tramp müsahibəsində Kuba ilə bağlı proqnozlarını belə ifadə edib:

“Kuba tezliklə süqut edəcək. Bunun hazırda apardığımız işə birbaşa aidiyyəti olmasa da, Kuba da çökəcək”.

Prezident rəsmi Havananın ABŞ ilə razılığa gəlmək üçün ciddi istək nümayiş etdirdiyini qeyd edərək, bu prosesi idarə etmək üçün xüsusi nümayəndəsini müəyyənləşdirdiyini açıqlayıb:

“Onlar sövdələşmə bağlamaq istəyirlər, buna görə də mən ABŞ dövlət katibi Markonu ora göndərəcəyəm. Hazırda əsas diqqətimiz buna köklənib. Bizim vaxtımız çoxdur, amma 50 il keçdikdən sonra Kuba artıq hazırdır”.

Xatırladaq ki, yanvarın 3-də ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyat və Prezident Nikolas Maduronun saxlanılmasından sonra Kubanın əsas neft tədarükü zənciri qırılıb. Bu hadisə adada kəskin yanacaq və enerji böhranına səbəb olub ki, mütəxəssislər bunu “2026-cı il Kuba böhranı” adlandırırlar.(CNN)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam