Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İrəvan-Bakı münasibətlərində ictimai əhvali-ruhiyyənin dəyişdirilməsi prioritet olaraq qalır

 

İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyiş fonunda ictimai əhvali-ruhiyyənin dəyişdirilməsi hər iki ölkənin hökumətləri üçün əsas vəzifələrdən biri olaraq qalır.

Yenixeber.org xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin aparatının rəhbəri Araik Arutyunyan "Armenpress"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazın iki ölkəsi arasındakı çoxillik münaqişə həm Ermənistan, həm də Azərbaycan cəmiyyəti üçün hələ də son dərəcə həssas olaraq qalır.

Bununla belə, o vurğulayıb ki, ikitərəfli münasibətlərdə artıq mühüm irəliləyiş əldə olunub, xüsusilə də 2025-ci il avqustun 8-də keçirilən Vaşinqton sammitinin uğurlu nəticələrini qeyd edib.

A.Arutunyan hesab edir ki, iqtisadi marşrutların açılması tədricən həyata keçirilir, infrastruktur inkişaf edir və logistik zəncirlər sadələşir:

"Müxtəlif ölkələrin məhsulları artıq Azərbaycan ərazisindən keçməklə daha qısa marşrutlarla Ermənistana daxil olur. Mən həmçinin əminəm ki, tezliklə əks istiqamətdə də tədarüklər yoluna qoyulacaq. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri həyata keçirilir, ölkə rəhbərlikləri fəal ünsiyyət saxlayır. Bu onu göstərir ki, biz uzun bir yol qət etmişik və nizamlanma çox sürətlə irəliləyir. Bu çox vacibdir və müstəsna haldır, çünki təxminən 40 illik tarixi olan münaqişələr adətən daha yavaş nizamlanır, lakin bunu bizimlə bağlı söyləyə bilmərik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam